Bu gün:

Səhv idman etmək nələrə səbəb ola bilər?


Fiziki Müalicə və Reabilitasiya Mütəxəssisi Dr. Semiha Ülkü Gül dünyada milyonlarla insanı narahat edən çox yaygın bir xəstəlik olan kalsifikasiyanın, xüsusilə, 40 yaşında başladığını və 60 yaşında artdığını bildirib.

Fiziki Müalicə və Reabilitasiya Mütəxəssisi Dr. Semiha Ülkü Gül kalsifikasiya oynaq ətrafındakı qığırdaq toxumasının zamanla aşınması nəticəsində meydana gəldiyini ifadə edib.

Gül: "Bunun bir səbəbi zaman, digər səbəbi oynaqdakı yük, digər faktor isə genetikdir",- deyə bildirib. Bu səbəblə çəki daşıyan idmanla məşğul olanların obezlik riski qrupunda olduğunu söyləyən Dr. Semiha Ülkü Gül vurğulayıb: "Bunun üçün insan öz çəkisinə diqqət etməli, ağır yüklər daşımamalı və ya bir nöqtəyə çox yük qoymamalı, nəzarətdə olmalı və diqqətli olmalıdır. Aktiv olmaq, nizamlı davranmaq da vacibdir. İdman edilikdə uyğun ayaqqabılarla da yerimək lazımdır. Bunlar hamar deyilsə, idman insanın oynaqlarına zərər verə bilər və əhənglənməyə səbəb ola bilər. Hərəkətsizlik əzələ zəifliyinə səbəb ola bilər.

Doğru hərəkət etmək vacibdir

Osteoartritin qadınlarda daha çox olduğunu ifadə edən Gül deyib: "Qadınların əzələ quruluşu daha zəifdir və onlar kökəlməyə daha meyillidir. Ev işləri idman sayılmır, əksinə kalsifikasiyanı artıran vəziyyətlərə səbəb ola bilər. İdman edərkən kökəlməmək, oynaqları çox yükləməmək, düzgün hərəkətlər etmək vacibdir”.

Mənbə: Cumhuriyet 

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et