
Müasir dövrdə mətbəx avadanlıqları dəyişir, lakin taxta qaşıqlar öz yerini dəyişməz olaraq saxlayır. Mətbəxdə tez-tez istifadə etdiyimiz digər vasitələr kimi taxta qaşıqların da təmiz olmağı vacibdir.
Ağac təbii olaraq hansısa sintetik obyektdən daha çox antibakterial xüsusiyyətlərə malikdir, çünki ağaclar infeksiya, bakteriya və kiflə mübarizə aparmaq üçün fitri bir qabiliyyətə malikdir.
Taxta qaşıqlar zamansız yemək alətidir. Düzgün qulluq edildikdə ömrünü uzatmaq mümkündür. Bununla belə, hətta taxta qaşığın da çatışmazlıqları var: ləkələnməyə, qabıqlanmağa, yanmağa və qırılmaya həssasdır. Xoşbəxtlikdən, bu problemlərin əksəriyyəti həll edilə bilər.
Taxta qaşıqları təmizləməyin beş yolu:
1. Sabunla yuyun
Taxta qaşıqları həmişə sabun və su ilə əldə yuyun və işiniz bitən kimi havada qurudun. Taxta qaşıqların bu cür təmizlənməsi onların ömrünü uzatmağa kömək edəcək. Heç vaxt taxta qaşıqlarınızı qabyuyan maşında yumayın.
2. Yağla qoruyun
Taxta qaşıqlarınızın bir az quru görünməsi təbiidir. Onlar hətta aralana bilər. Bakteriyaları toplamaq və çoxaltmaq üçün münbit olan parçalanmış qaşıqları atın. Qurudulmuş qaşıqları canlandırmaq üçün vaxtaşırı mineral yağ, hətta qoz, kətan və tung yağı ilə sürtün. Zeytun yağı kimi bitki və ya qida əsaslı yağlardan istifadə etməyin, çünki onlar qoxuya meyllidirlər.
3. Qalıqları sirkə ilə təmizləyin
Taxta qaşığın çatlamış hissələri arasında qida qalıqlarının yığılması normaldır və onu düzəltmək asandır. Qaşığı bir stəkan su və ağ sirkə içində gecədən isladın. Əgər bu işə yaramırsa, mis və ya paslanmayan polad fırçadan istifadə edərək qida artıqlarını çıxarın.
4. Qoxularla limon və ya soda ilə mübarizə aparın
Bu qaşıqların ləkələnməsi, dad və qoxuları udması qaçınılmazdır. Çox vaxt bu ləkələr və qoxular sonda yox olur. Yarım doğranmış limonun kəsilmiş tərəfini soda ilə qarışdırıb ovuşdura bilərsiniz. Yaxud onların üzərinə soda səpib, limon duzu töküb, qaşığı bir müddət bu vəziyyətdə saxlamaq olar. Sonda isə sabunlu su ilə yuyun və tamamilə qurumasından əmin olun.
5. Hidrogen peroksid ilə sterilizasiya edin
Bakteriyaların yoluxmasından narahatsınızsa, qaşıqlarınızı sabun və su ilə yuyaraq sterilizasiya edə bilərsiniz. Sonra üzərinə bir az hidrogen peroksid tökün və qurumağa buraxın. İstifadə etməzdən əvvəl yenidən yuyun.
Taxta qaşıq qabyuyan maşıda yuyula bilərmi?
Taxta qaşıqlar heç vaxt qabyuyan maşında yuyulmamalıdır. Qabyuyan maşınınızdakı, yüksək istilik və həddindən artıq rütubət qablarınız üçün əla ola bilər, lakin bu, taxta qaşıqlarınızın əyilməsinə, çatlamasına və hətta qırılmasına səbəb olacaq. Taxta qaşıqlarınızı həmişə sabun və ilıq su ilə əldə yuyun və qurumasına icazə verin.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
