
Yay aylarında, xüsusilə, uşaqlar bir çox xəstəliklərlə üzləşirlər. Hovuzda və dənizdə bəzi gigiyena qaydalarına əməl edilməməsi xəstəliklərə yol açır.
Mütəxəssis Dr. Ersin Sarı uşaqlarda görülən yay xəstəliklərindən danışıb.
Yayda sidik yollarının iltihabı artır
Hovuz mövsümünün açılması ilə yay aylarında ortaya çıxan xəstəliklər arasında ilk yeri sidik yolları infeksiyaları tutur. Bu iltihab xüsusilə gənc yaşlarda böyük risklər yarada bilər. Bu risklərdən biri böyrəklərin qalıcı zədələnməsidir. Sidik yollarının iltihabı onun böyrəyi vurması deməkdir və böyrəkdə qalıcı xəstəliklərə səbəb ola bilər. Qızdırma ilə müşayiət olunan təkrarlanan sidik yolları infeksiyaları, böyrək zədələnməsi irəlilədikdə daimi böyrək çatışmazlığı ilə nəticələnə bilər. Bu mənada erkən diaqnoz qoyulmuş sidik yollarının iltihabını uğurla müalicə etmək və böyrəyi qorumaq çox vacibdir.
Sidik yollarının iltihabının əlamətləri hansılardır?
İdrar edərkən yanma, idrar zamanı ağrı, tez-tez sidiyə getmə, sidik qaçırma, qarın ağrısı və qızdırma, yüngül iştahsızlıq, kökəlmə, yenidoğulmuşlarda sarılıq kimi müxtəlif əlamətlərlə görülə bilər.
1-6 aylıq körpələrdə qaz ağrılarına rast gəlinə bilər. Qaz ağrıları kimi olan körpədə qəti diaqnoz üçün sidik analizinin aparılması çox vacibdir.
Sidik yolları infeksiyasının müalicəsi necə olmalıdır?
Əsas səbəbi tapmaq vacibdir. Bunun xaricində yarım gün ərzində profilaktik antibiotik tətbiqlərindən istifadə etmək, bol su içmək, dar alt paltarı geyinməmək faydalıdır. Bir çox valideynlər antibiotiklərdən istifadənin uşağın böyrəklərinə zərər verəcəyindən narahat olsalar da, "aminoqlikozid" qrupundan başqa heç bir antibiotik böyrəklərə zərər verməyəcək. Müalicə üçün ümumiyyətlə böyrəyə zərər verməyən "sefalosporin" qrupunun dərmanlarına üstünlük verilir.
Sidik yolları infeksiyalarının qarşısını necə almaq olar?
• Hovuz və dənizdən sonra mütləq duş qəbul edin, nəm çimərlik paltarı ilə uzun müddət gözləməyin.
• Su sidik yolları infeksiyalarına səbəb olan bakteriyalardan xilas olmaq üçün ən böyük köməkçinizdir. Uşaqlarınıza bol su içdirin.
• Uşaqlara gigiyena qaydalarını düzgün öyrədin və qaydalara əməl etmələrini təmin edin. Xüsusilə tualetdə gigiyena çox vacibdir.
• Uşaqların sidiyi tutması adi haldır. Ancaq bu vəziyyət sidik yolu infeksiyalarına yol açır. Bu mənada uşaqlara izah edin ki, sidiyi tutmamalıdırlar.
• Uşaqlarınız üçün immunitet sistemini gücləndirən qidalardan ibarət pəhriz yaradın.
• Uşaqlarınıza dar paltar geyindirməkdən çəkinin.
Yaz ishalları
Yaz ishalı ana südü ilə qidalanan körpələrdə daha çox rast gəlinir və nəcisin adi haldan daha tez-tez və sulu olması ilə müəyyən edilir. Daha çox 0-5 yaşlı uşaqlarda rast gəlinir. İshal zamanı bağırsaq hərəkətləri və bağırsağa ifraz olunan mayenin miqdarı artır. Bağırsaqdan mayenin udulması azalır. Uşaqlarda ishal adətən üç-yeddi gün ərzində yox olur. Su və duz itkiləri əvəz edilərsə, həyat üçün təhlükə yoxdur. İshal sürətlə artan maye itkisinə səbəb olur və bu maye itkisi bərpa edilməlidir.
İshaldan necə qorunmaq olar?
• Uşağınızı qidalandırmadan əvvəl uşaq bezlərini dəyişdirin və həmişə gigiyenaya diqqət yetirin.
• Körpənizin butulkasını və əmziyini istifadə etməzdən əvvəl on dəqiqə qaynadın.
• Həmçinin yemək qalıqlarından istifadə etməyin.
• Pasterizə (mikroorqanizmlərdən təmizlənmiş) süd, meyvə suyu və qaynadılmış su içirdin.
• Yeyiləcək meyvələrin qabığını soyun, yaxşıca bişirin.
• Pendir, qatıq və dondurma kimi süd məhsullarının pasterizə edilmiş süddən hazırlandığından əmin olun.
• Küçədən yemək almayın, saxlayacağınız yeməyi tez bir zamanda soyudun.
Qida zəhərlənməsi
Yeməkdən sonra simptomların özünü göstərmə müddəti bir ilə altı saatdan iki ilə beş günə qədər dəyişir.
Necə tədbir görmək olar
• Quş əti, süd məhsulları, yumurta, şokolad, tort, konservlər, tərəvəzlər, meyvələr, yaşıl salat, qabıqlı balıqlar, souslar qida zəhərlənməsinə səbəb ola biləcək mikroorqanizmlər və ya toksinlər daşıya bilər. Buna görə də onları ehtiyatla yeyin.
• Tərəvəz və meyvələri bol su ilə yuyun.
• Heç vaxt açıq yemək almayın və yeməyin.
• Şüşədə olan suya üstünlük verin. Açıq suyu qaynatmadan içməyin.
• Nəzərə alın ki, balıq, toyuq, qaymaq, mayonez, qabıqlı balıqlar, süd və süd məhsulları çox tez xarab olur.
• Uyğun mühitdə saxlanmayan dondurmalar dərhal xarab olur və bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Güvəndiyiniz yerdən dondurma alın. Bu məhsulların son istifadə tarixinə diqqət yetirin.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
