Bu gün:

Uşaqlar yayda hansı xəstəliklərə yoluxur?


Yay aylarında, xüsusilə, uşaqlar bir çox xəstəliklərlə üzləşirlər. Hovuzda və dənizdə bəzi gigiyena qaydalarına əməl edilməməsi xəstəliklərə yol açır.

Mütəxəssis Dr. Ersin Sarı uşaqlarda görülən yay xəstəliklərindən danışıb.

Yayda sidik yollarının iltihabı artır

Hovuz mövsümünün açılması ilə yay aylarında ortaya çıxan xəstəliklər arasında ilk yeri sidik yolları infeksiyaları tutur. Bu iltihab, xüsusilə, gənc yaşlarda böyük risklər yarada bilər. Bu risklərdən biri böyrəklərin qalıcı zədələnməsidir. Sidik yollarının iltihabı onun böyrəyi vurması deməkdir və böyrəkdə qalıcı xəstəliklərə səbəb ola bilər. Qızdırma ilə müşayiət olunan təkrarlanan sidik yolları infeksiyaları, böyrək zədələnməsi irəlilədikdə daimi böyrək çatışmazlığı ilə nəticələnə bilər. Bu mənada erkən diaqnoz qoyulmuş sidik yollarının iltihabını uğurla müalicə etmək və böyrəyi qorumaq çox vacibdir.

Sidik yollarının iltihabının əlamətləri hansılardır?

İdrar edərkən yanma, idrar zamanı ağrı, tez-tez sidiyə getmə, sidik qaçırma, qarın ağrısı və qızdırma, yüngül iştahsızlıq, kökəlmə, yenidoğulmuşlarda sarılıq kimi müxtəlif əlamətlərlə görülə bilər.

1-6 aylıq körpələrdə qaz ağrılarına rast gəlinə bilər. Qaz ağrıları kimi olan körpədə qəti diaqnoz üçün sidik analizinin aparılması çox vacibdir.

Sidik yolları infeksiyasının müalicəsi necə olmalıdır?

Əsas səbəbi tapmaq vacibdir. Bunun xaricində yarım gün ərzində profilaktik antibiotik tətbiqlərindən istifadə etmək, bol su içmək, dar alt paltarı geyinməmək faydalıdır. Bir çox valideynlər antibiotiklərdən istifadənin uşağın böyrəklərinə zərər verəcəyindən narahat olsalar da, "aminoqlikozid" qrupundan başqa heç bir antibiotik böyrəklərə zərər verməyəcək. Müalicə üçün ümumiyyətlə böyrəyə zərər verməyən "sefalosporin" qrupunun dərmanlarına üstünlük verilir.

Sidik yolları infeksiyalarının qarşısını necə almaq olar?

Hovuz və dənizdən sonra mütləq duş qəbul edin, nəm çimərlik paltarı ilə uzun müddət gözləməyin

Su sidik yolları infeksiyalarına səbəb olan bakteriyalardan xilas olmaq üçün ən böyük köməkçinizdir. Uşaqlarınıza bol su içdirin

Uşaqlara gigiyena qaydalarını düzgün öyrədin və qaydalara əməl etmələrini təmin edin. Xüsusilə, tualetdə gigiyena çox vacibdir

Uşaqların sidiyi tutması adi haldır. Ancaq bu vəziyyət sidik yolu infeksiyalarına yol açır. Bu mənada uşaqlara izah edin ki, sidiyi tutmamalıdırlar

Uşaqlarınız üçün immunitet sistemini gücləndirən qidalardan ibarət pəhriz yaradın

Uşaqlarınıza dar paltar geyindirməkdən çəkinin

Yaz ishalları

Yaz ishalı ana südü ilə qidalanan körpələrdə daha çox rast gəlinir və nəcisin adi haldan daha tez-tez və sulu olması ilə müəyyən edilir. Daha çox 0-5 yaşlı uşaqlarda rast gəlinir. İshal zamanı bağırsaq hərəkətləri və bağırsağa ifraz olunan mayenin miqdarı artır. Bağırsaqdan mayenin udulması azalır. Uşaqlarda ishal adətən üç-yeddi gün ərzində yox olur. Su və duz itkiləri əvəz edilərsə, həyat üçün təhlükə yoxdur. İshal sürətlə artan maye itkisinə səbəb olur və bu maye itkisi bərpa edilməlidir.

İshaldan necə qorunmaq olar?

Uşağınızı qidalandırmadan əvvəl uşaq bezlərini dəyişdirin və həmişə gigiyenaya diqqət yetirin

Körpənizin butulkasını və əmziyini istifadə etməzdən əvvəl on dəqiqə qaynadın

Həmçinin yemək qalıqlarından istifadə etməyin

Pasterizə (mikroorqanizmlərdən təmizlənmiş) süd, meyvə suyu və qaynadılmış su içirdin

Yeyiləcək meyvələrin qabığını soyun,  yaxşıca bişirin

Pendir, qatıq və dondurma kimi süd məhsullarının pasterizə edilmiş süddən hazırlandığından əmin olun

Küçədən yemək almayın, saxlayacağınız yeməyi tez bir zamanda soyudun

Qida zəhərlənməsi

Yeməkdən sonra simptomların özünü göstərmə müddəti bir ilə altı saatdan iki ilə beş günə qədər dəyişir.

Necə tədbir görmək olar

Quş əti, süd məhsulları, yumurta, şokolad, tort, konservlər, tərəvəzlər, meyvələr, yaşıl salat, qabıqlı balıqlar, souslar qida zəhərlənməsinə səbəb ola biləcək mikroorqanizmlər və ya toksinlər daşıya bilər. Buna görə də onları ehtiyatla yeyin.

Tərəvəz və meyvələri bol su ilə yuyun

Heç vaxt açıq yemək almayın və yeməyin

Şüşədə olan suya üstünlük verin. Açıq suyu qaynatmadan içməyin

Nəzərə alın ki, balıq, toyuq, qaymaq, mayonez, qabıqlı balıqlar, süd və süd məhsulları çox tez xarab olur

Uyğun mühitdə saxlanmayan dondurmalar dərhal xarab olur və bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Güvəndiyiniz yerdən dondurma alın. Bu məhsulların son istifadə tarixinə diqqət yetirin

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş