
Yeni doğulmuş körpəyə qulluq haqqında bunları bilirsinizmi?
Yeni doğulmuş körpələrin yuxusu, qidalanması, uşaq bezinin dəyişdirilməsi, vanna, göbək bağına qulluq, otaq temperaturu və doğuşdan sonrakı analar üçün bəzi məsləhətlər sizə bu yolda kömək edəcək.
Doğuşdan sonrakı ilk 28 günlük dövr körpənin yeni doğulmuş dövrü hesab olunur. Körpənin ilk 1 ayını əhatə edən bu dövrdə ana südü ilə qidalanma, uşaq bezlərinin təmizlənməsi, qarın baxımı, dəriyə qulluq və çimmək haqqında ilkin bacarığı öyrənmək lazımdır. Narahat olmayın, bir çox yeni analar və atalar bu məsələlərdə özlərini təcrübəsiz hiss edirlər. Lakin təbii olaraq siz körpənizin ehtiyaclarını başa düşəcək gücdəsiniz.
1 aylıq körpə nə qədər yatır?
"Yeni doğulmuş körpənin çox yatması normaldırmı?" Maraqlananlar üçün cavab təsəllivericidir. Bəli. 1 aylıq körpə günün çox hissəsini, 12-18 saatını yuxuda keçirdir. Yeni doğulmuş körpə ilk həftələrdə ana bətnində olan mühitdən çox fərqli bir dünyaya uyğunlaşmağa çalışır. Bu dövrdə körpənin yuxu rejimini çox dəqiq demək olmaz. Çünli körpə tez-tez acdığı üçün oyanır. Keçmiş illərdə körpənin öz-özünə oyanıb ağlaması gözlənilirdi. Lakin qan şəkərində həddindən artıq düşməməsi üçün müəyyən bir ardıcıllıqla əmizdirilməsi məsləhət görülür. Buna görə də körpə, xüsusilə, ilk ayda hər 2 saatdan bir ana südü ilə qidalanmalı, ən gec 3 saatda bir dəfə qidalanmalıdır. Buna görə də gündüz və gecə müəyyən qidalanma dövrü var.
Yeni doğulmuş körpə necə qidalanmalıdır?
Bu sual bir çox anaları narahat edir. Yeni doğulmuş körpənin ana südü ilə qidalanma tezliyi gündə orta hesabla 10-12 dəfəyə uyğundur Qidalanmalar arasındakı vaxt 3 saatdan çox olmamalıdır. Bəzi analar isə südün çatmayacağından narahat olur. İlk növbədə, körpənin nə qədər çəki alması izlənilməlidir. Ana südü möcüzəvi qidadır. Körpənin çəkisi kifayət qədərdirsə, narahat olmaq üçün heç bir şey yoxdur. Bəzən yanlış qidalanma texnikası körpədə qusmağa səbəb ola bilər. Körpənin çəkisi izlənilməli, ana özünə və südünə güvənməlidir.
Yeni doğulan körpənin dərisinə qulluqda nələrə diqqət edilməlidir?
Dəri bədənin hərarətini tarazlaşdırır və onu xarici amillərdən qoruyur. O həm də ən böyük hiss orqanıdır. Yeni doğulan körpənin dərisi hələ tam inkişaf etmədiyi üçün 1 aylıq körpələrdə doğuşdan etibarən dəriyə qulluq edilməlidir. Körpəniz dünyaya gələndə bədəni ağ və qaymaqlı təbəqə ilə örtülür. Bu xüsusi maddə körpənin bədən istiliyini tarazlıqda saxlamağa və onu infeksiyalardan qorumağa kömək edir. Əvvəllər bir çox xəstəxanalarda körpələr doğuşdan qısa müddət sonra yuyulurdu. Lakin sonra verniks təbəqəsi körpənin dərisi tərəfindən yaxşıca sorulduqdan sonra yuyulmağın daha məqsədəuyğun olacağı qənaətinə gəlinmişdir. Körpənizin bədən qıvrımlarında tapacağınız bu təbəqəni güclü bir şəkildə silməklə çıxarmağa çalışmaq lazım deyil. Körpənizin dərisində quruluq və ya qızartı görsəniz, uyğun bir nəmləndirmə üçün həkiminizə müraciət edə bilərsiniz.
Otaq temperaturu neçə dərəcə olmalıdır?
Körpələr ilk doğulanda bədən istiliyinə hələ tam nəzarət edə bilmirlər. Onlar, əsasən, başlarından istilik itirirlər, lakin başlarını qorumağa çalışarkən həddindən artıq istilikdən qaçınmaq lazımdır. Yeni doğulmuş körpələrin yaşadığı mühit yaxşı havalandırılmamalı, çox quru olmamalıdır. Otaq temperaturunun 22-24 dərəcə ərasında olmağı tövsiyə olunur. Bu temperaturun artması onların bədəninin həddindən artıq istiləşməsinə səbəb ola bilər. Xüsusən də qış aylarında eviniz ziyarətçilərlə doludursa, bilin ki, isti və havasız mühitlər körpəniz üçün yaxşı olmayacaq. Bu halda evi havalandırmağa laqeyd yanaşmayın.
Yeni doğulmuş körpə nə vaxt yuyulur?
Xəstəxanadan qayıtdıqdan sonra körpənizini nə vaxt çimizdirəcəyiniz ilə maraqlana bilərsiniz. Həkiminiz əksini söyləmədiyi halda körpənizin ilk vannasını doğumun 2-ci günündən edə bilərsiniz. Körpəni çimizdirən zaman və çimizdirəndən sonra göbək bağına həssas davranmaq lazımdır. Çimmək və digər dəriyə qulluq tətbiqləri dərinin pH səviyyəsini dəyişəcəyi üçün körpənizin dəri quruluşuna uyğun seçimlər etmək vacibdir. Su körpəni rahatlaşdırır. Uyğun şərtləri təmin etdikdən sonra körpəni hər gün yuya bilərsiniz. Hər yuma üçün şampun kimi təmizləyici vasitələrdən istifadə etmək lazım deyil.
Göbək bağına qulluq necə olmalıdır?
Körpənin hər uşaq bezi dəyişdirilərkən göbəyinə diqqət yetirilməlidir. Göbək bağı, adətən, doğumdan sonra ilk 2 həftə ərzində öz-özünə düşür. Göbək bağının düşmədən əvvəl su ilə təmas etməməsi lazım olduğu deyilir. Lakin körpə ilk vanna qəbul edərkən bu mümkün olmaya bilər. Hamam bitdikdən sonra onu yumşaq hərəkətlərlə qurutmalı, nəfəs almasına icazə verməli və həkiminizin tövsiyə etdiyi antiseptik məhlulu istifadə etməlisiniz. Yeni doğulan körpənin bezini bağlayanda onu göbək bağının altına bükmək lazımdır. Göbək bağının sağalma prosesi zamanı bez təmas edərsə kiçik qanaxma yarana bilər. Göbəkdə pis qoxu və ya axıntı varsa, onu həkimə göstərməkdə fayda var. Çünki bu, infeksiya əlaməti ola bilər.
Körpələr nə qədər geyindirilməlidir?
Yeni doğulmuş körpə dərisi böyüklərə nisbətən daha qurudur və daha az nəm saxlayır. Buna görə də körpələr həddindən artıq tərləməyə səbəb olan geyimlər geyinməməlidir. Əsas prinsip olaraq körpələrə nazik paltarları qat-qat geyindirmək tövsiyə olunur. Yeni doğulmuş körpələr bədən istiliyini tənzimləyə bilmirlər. Bu səbəbdən əl və ayaqlarının soyuq olduğunu görə bilərsiniz. İlk dırnaq kəsimini edənə qədər əlcək taxmaq faydalıdır ki, dırnaqları ilə özünü zədələnməsin. Körpələrin başları istilik itirdikləri üçün ilk günlərdə başlarını papaq ilə qoruya bilərsiniz. Amma siz indi bilirsiniz ki, yenə də çox isti olmamalıdır. Körpənizi müşahidə edərək əlcək ehtiyacına qərar verə bilərsiniz, lakin əlcək taxmaq müddətini uzatmamaq daha yaxşıdır. Çünki toxunma duyğusunun inkişafı üçün təmas önəmlidir.
Yeni doğulmuş körpənin emosional inkişafı necədir?
Körpəniz sizi ana bətnindən eşidir. Siz tez-tez ona ən yaxşı bildiyi səslə, öz səsinizlə mahnı oxuya və ona yaxın məsafədən gördüyü şeylər haqqında hekayələr danışa bilərsiniz. Duyğusal vəziyyətiniz ona təsir edəcək. Birlikdə kefli vaxt keçirəcəyiniz dövrlər aranızda qurulacaq bağ üçün çox faydalıdır. Göz təması körpələrin beyin inkişafı üçün də çox dəyərlidir. Qucaqda əmizdirmə və qidalanma zamanı quracağınız göz təması, həmçinin uşaq bezlərini dəyişdirmək kimi zamanlarda yumşaq bir tonla quracağınız ünsiyyət körpəyə eşitmə stimulu verəcəkdir. Onun görmə qabiliyyəti hələ də inkişaf etdiyi üçün fərqli rəngləri və həndəsi formaları daha yaxşı ayırd edəcək. Buna görə də ona belə obyektləri göstərə bilərsiniz.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
