Bu gün:

Bəzi içməli sular bağırsaq xərçənginə səbəb olur


Tibbi Onkologiya Mütəxəssisi Prof. Dr. Uğur Coşqun bildirib ki, bağırsaq xərçənginin müalicəsində böyük irəliləyişlər olsa da, əsas prioritet risk faktorlarını mümkün qədər azaltmaqdır.

İçməli suyun içindəki nitrat səviyyəsinin bağırsaq xərçəngi riskini artırdığına dair bir analizin dərc edildiyini bildirən Prof. Dr. Coşkun Environmental Research jurnalında dərc etdiyi təhlilə görə ölkələrində bağırsaq xərçəngi hallarının yüzdə 3,26-nın su ehtiyatlarında nitrat səviyyəsinin artması ilə əlaqəli olduğunu bildirib.

Tədqiqatçıların analizlərində içməli suya həddindən artıq miqdarda nitratın qarışması nəticəsində 100-ə yaxın bağırsaq xərçənginin yarandığını qeyd edən Coşkun bildirib: “Əkinçilik sahələrində istifadə edilən kimyəvi gübrələr, pestisidlər və heyvandarlıq yeraltı bulaq suları çirklənməsinə səbəb ola bilər. Xüsusilə, azot gübrələri torpaqda və suda nitratın yığılmasına səbəb olur. Bədəndə artan nitrat səviyyələri insan orqanizmindəki daxili qaynaqlar və qidalardakı antioksidantlarla tarazlaşdırıla bilmədikdə, kanserogen N-nitrozo birləşmələrinə çevrilir və bu yolla xərçəng riski artır".

Mənbə: CNN Türk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et