1991-ci ildə İtaliyanın Alp dağlarında səyyahlar tərəfindən tapılan 5300 yaşlı Buz Adam Ötzinin Anadolulu olduğu məlum olub.
İtaliyanın Bolzano şəhərində Cənubi Tirol Arxeologiya Muzeyində xüsusi soyuq kamerada sərgilənən Ötzinin mumiyasını hər il minlərlə insan ziyarət edir.
CNN İnternational-ın xəbərinə görə, çanaq sümüyündən çıxarılan DNT üzərində aparılan yeni araşdırma Ötzi haqqında yeni məlumatları ortaya çıxarıb.
Tünd dərili və böyük ehtimal keçəl
Yeni araşdırma 5300 yaşlı mumiyanın tünd dərili, qara gözlü və çox güman ki, keçəl olduğunu ortaya qoyub.
Bu vəziyyət Ötzinin saçları və saqqalı olan solğun dərili adamı təsvir edən rekonstruksiyası (Remake) ilə ziddiyyət təşkil edirdi.
Bolzanoda yerləşən özəl tədqiqat mərkəzi olan Eurac Research nəzdində Mumiyaların Tədqiqi İnstitutunun rəhbəri Albert Zink: “Öztinin dərisinin mumiyalama prosesi zamanı qaraldığına inanılır".
Zink həmçinin əlavə edib: "Görünür, Ötzi kifayət qədər çox ət yeyib. Bu, mədəsində dağ keçisi və geyik əti olduğunu göstərdiyimiz analizlə də təsdiqləndi”.
Ötzi Anadolulu çıxıb
Yeni araşdırmanın tədqiqatçıları mumiyanın genomunu digər qədim xalqların geni ilə müqayisə etdikdə Ötzinin erkən Anadolu fermerləri ilə daha çox ortaq cəhətlərə malik olduğunu aşkar ediblər.
Guardian xəbər verir ki, tədqiqatın həmmüəllifi Yohannes Krause analizdə Şərqi Avropa çöl çobanlarına aid heç bir iz tapmadıqlarına təəccübləndiklərini və Ötzinin genində ovçu-toplayıcı genlərin nisbətinin çox aşağı olduğunu bildirib.
Mənbə: Haber türk
Tərcümə etdi: Lalə Mənəfova
