Trakya Universiteti (TU) Tibb Fakültəsi Fiziologiya kafedrasının müdiri Prof. Dr. Levent Öztürk isti havada sərinləmək üçün pəncərələri açıq yatmağın səhər saatlarında temperaturun düşməsi ilə bel və boyun tutulmalarına səbəb ola biləcəyini deyib.
Prof. Dr. Levent Öztürk isti və rütubətli havanın yuxu keyfiyyətinə mənfi təsir etdiyini bildirib.
Gündüz başlayan istilərin gecə saatlarına qədər davam etdiyinə diqqət çəkən Öztürk bu vəziyyətin yuxuya getməyi çətinləşdirdiyini bildirib.
Yataq otağında ideal temperaturun 19-20 dərəcə olması lazım olduğunu dilə gətirən Öztürk, sərin mühitdə nazik ədyalla yatmağı tövsiyə edib.
"Həyatı məhdudlaşdıran vəziyyətlər yaranır"
Öztürk, son vaxtlar artan temperatur səbəbiylə pəncərələr açıq yatmağın bir qədər narahatlığa səbəb ola biləcəyini söyləyib.
"Temperaturun artması ilə onun xarakteristikaları gecələr ətraf mühitin temperaturu 30 dərəcə civarında olur. Yataq otağında kondisionerdən istifadə etməyən insanlar üçün gecələr yuxuya getmək problemə çevrilib və pəncərələri açırıq.
Səhər saatlarında temperatur düşdüyü üçün pəncərələr açıq yatarkən bu dəfə boyun, çiyin və bel sərtliyi kimi əzələ spazmlarına səbəb olan ağrılı vəziyyətlər yarana bilər. Küləklə birlikdə tərli bədənə daxil olan soyuq hava əzələ spazmlarına səbəb olur. Səhər yuxudan duranda bel və boyun tutulması hiss edə bilərik. Həyatı məhdudlaşdıran vəziyyətlər yaranır”.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
