Bu gün:

Ayaqyalın gəzməyin hansı təsirləri var?


Ayaqqabıları nə qədər tez-tez çıxarsanız, onlarsız getmək bir o qədər asan olur. Fiziki və zehni cəhətdən bu sizin üçün bir o qədər yaxşıdır. Elm ayaqyalın yeriməyi dəstəkləyir.

Getdikcə artan araşdırmalar göstərir ki, ayaqqabısız gəzmək sağlamlığa olduqca fayda gətirir. Buna görə də mümkün qədər ayaqyalın gəzin. 

Ayaqyalın gəzməyin faydaları nələrdir?

Malayziya Tibb Elmləri Jurnalında dərc olunan araşdırmaya görə, stress immun sisteminizə bir sıra yollarla zərər verir. Stress immun sisteminizi sıxışdırmaqdan tutmuş xərçəng xəstəliyinə tutulma riskini artırmağa qədər, həqiqətən də, sizin əqli və fiziki sağlamlığınıza ziyan vurur. Ayaqyalın gəzmək isə sizin stressinizi müəyyən qədər azaldacaqdır.

YERKÖKMƏ SINIR SISTEMINI TƏNZIMLƏYIR

Ayaqyalın gəzməyə alışmaq üçün vaxt lazım ola bilər. Bu müddət ərzində isə siz narahat ola bilərsiniz. Hətta bəzən ağrılı ola bilər. Amma deyirlər ki, ağrı gözəllikdir, elə deyilmi? İnkişaf etmiş sinir sistemində isə, sözsüz ki, gözəllik var. "Medical Hypotheses" jurnalında dərc olunan araşdırmaya əsasən, yerkökü sinir sistemini tənzimləyir. Bunu neyromodulyasiya adlanan proses vasitəsilə edir. Sinir sistemini elektron və ya kimyəvi yolla stimullaşdırır, dəyişdirir və tənzimləyir. Yerdən ayaqlara birbaşa elektrik cərəyanı neyromodulyasiyaya səbəb ola bilər ki, bu da bədəninizin elektrik mühitini dəyişdirə bilər. 

Correct Toes ND-dən Dr. Andrew Wojciechowski yazır ki, "Sahildə, otlarda və ya çay dibinin qayalarında ayaqyalın gəzmək son dərəcə zövqlüdür və əlavə fizioloji fayda da verir".

Mənbə: CNNtürk

Tərcümə etdi: Samirə Kərimli

Paylaş
Şərh əlavə et