
Hər gün həyatda fərqli problemlərlə üzləşirik və bəzilərini həll etsək də, həll oluna bilinməyənlər qalır. Nəticədə daha çox düşünürük və istəsək də, bu düşüncələrdən qaçmaq çətindir. Amma həyat heç kimi gözləmir, davam edir və sən də baş verənləri qəbullanıb həyatına davam etməlisən.
Uğursuzluq qorxusu
Uğur hər kəs üçün qiymətlidir. Ali məktəbə qəbul olmaq və yüksək vəzifədə işləmək bir çox insanlar üçün uğurdur. Daha çox uğur əldə edərkən insanlardan diqqət və xoş sözlər almağa başlayırsınız. Ona görə də siz düşünə bilərsiniz ki, uğursuzluğa düçar olanda heç kim sizi qəbul etməyəcək və ya təcrid olunmuş kimi hiss edəcəksiniz. Buna görə də bəzi addımlar atmaq sizə çətin gələ bilər. Amma biz hər zaman qalib gəlməyə bilərik, önəmli olan həyatda hər şeydən zövq almağı bacarmaq və hər gününü son gün olaraq yaşamaqdır.
Həyatınızda baş verənlərə ancaq mənfi yöndə baxmaq
Bəzən işlər yaxşı getməyəndə hədəfləri dəyişməli olduğunuzu anlayırsınız, ancaq növbəti addımda mənfilik və uğursuzluq yaşamaqdan qorxa bilərsiniz. Gələcəkdəki qayğılarla yaşamaqdansa, anı yaşamaq əsas şərtdir.
Çətin nail oluna bilən məqsədlər qoyula bilər
Özümüz üçün real və əldə edilə bilən məqsədlər qoyarkən diqqətli olmalıyıq. Bəzən məqsədinə çatana qədər şərait dəyişmiş ola bilər. İnsanlar bir məqsədə çatmaq üçün özlərini motivasiya etməkdə çətinlik çəkirlər, bunun səbəbi bəzən məqsədlərinin onlar üçün əvvəlki kimi əhəmiyyətli olmasıdır. İnsanlar zamanla dəyişir. Məqsədlərinizi nəzərdən keçirin və həqiqətən nə istədiyinizi dərk edin.
Mənbə: terappin
Tərcümə etdi:Tərlanə Abdullayeva
