
Qədim hind xalqı deyir: “Ən böyük addımlardan biri daima əvvəlkindən daha yaxşı olmağa çalışmaqdır ”.
İslam alimlərindən Beyhəki deyir ki, “İki gününü eyni keçirən insan aldanmış, bu günü dünəndən daha pis olan isə lənətlənmişdir”. İnsanın şəxsi inkişaf mərhələləri hər şeydən əvvəl onun öz psixi sağlamlığı üçün şəfa olmaqla yanaşı, həm də cəmiyyətə böyük töhfədir. Qarşısına çoxlu məqsədlər qoyan bəşəriyyətin ən əsas məqsədi özünü daim təkmilləşdirərək irəliləmək olmuşdur.
1.Özünüz inkişaf edin
Milyonlarla insan var ki, 20-25 yaşındadır, amma hələ də bu həyatda nə olmaq və nə etmək istədiklərini bilmirlər. Özünüzdə inkişaf yaratmaq istəyirsinizsə, elə bu gündən başlamalısınız. Sakit bir yerə gedin, stolun başında oturun, qələm və kağız götürün, kim olduğunuzu yazmağa başlayın və bu həyatdan nə almaq istədiyinizi yazın. Əvvəlcə nəyə nail olmaq istədiyinizi aydınlaşdırın. 8 ildən sonra kim olmaq istərdiniz? Nəyi sevirdiniz? Əvvəlcə bunları düşünün. Hansı peşədə daha çox uğur qazanacağınıza fokuslanın.
2. İnanmaq
Zəif və güclü tərəflərinizi özünüz bilirsiniz, İndi siz nə edə biləcəyinizə inanmalısınız.
Bunun üçün evdə tək qalın, bir neçə həftə insanlardan uzaq durun, dostlarla qısa müddətli danışmayın və yalnız hədəfinizə diqqət yetirin. Bilirsən niyə? Çünki siz həmişə nəsə planlaşdırsanız, çevrənizdəki insanlarla bölüşmüsünüz. Bazar ertəsi pəhrizə başlayacağınızı dediniz, amma etmədiniz. İngilis dilini öyrənəcəyinizi deyib kursa yazılmısınız, 2 aydan sonra kursa getməyi dayandırdınız. İnsanlar artıq sənə inanmırlar, bunu bacaracağını düşünmürlər, ona görə də onlardan uzaqlaş, daha yaxşı sən olan versiyaya fokuslan və iddialı ol. Onlara kim olduğunu göstər, çünki sizi sizdən daha yaxşı heç kim tanıya bilməz.
5. İngiliscə seriallara baxın
İngilis dili qlobal dildir və hər kəs öyrənməyə can atır. İngilis dilinizi təkmilləşdirmək üçün seriallarına baxın. Əksər insanlar ingilis dili kurslarına getməkdənsə , evdə seriallara baxaraq ingilis dilini öyrənirlər.
Mənbə: Koopblog.com
Tərcümə etdi: Tərlanə Abdullayeva
