Bu gün:

Sağlam münasibət üçün nələrə vacibdir?


Peşəkarlar sağlam münasibətlərin davamlılığının əsas amili olan ifadəni müəyyən ediblər. Bu cümlə münasibətlərin dərinliyinə aydınlıq gətirəcək və partnyorlar arasındakı əlaqəni möhkəmləndirəcək. Bəs bu cümlə nədir? 

Psixoloqlar Dr. John Gottman və Dr. Julie Schwartz Gottman 35 illik münasibətlərində təcrübə və müşahidələri nəticəsində bir açıqlama veriblər.

Ekspertlər qeyd ediblər ki, hər bir münasibətin öz çətinlikləri var və özünəməxsus strukturu var.



Lakin mütəxəssislər vurğulayırlar ki, bütün cütlüklərin ortaq cəhətini qiymətləndirmək lazımdır.

"Yoldaşınızın kifayət qədər səy göstərmədiyini asanlıqla hiss edə bilərsiniz. Siz öz səylərinizi vurğulayan bir hekayə yaradırsınız və bu hekayənin real olduğunu düşünməyə başlayırsınız", - deyə psixologiya mütəxəssisləri qeyd edib.

"Bu zərərli düşüncə tərzindən qurtulmaq və tam, yeni perspektiv inkişaf etdirmək çox vacibdir".

Doktor Con Qotman və Cülya Şvarts Qotmanın dəyərli anlayışlarına əsasən, həyat yoldaşlarının bir-birlərinə, xüsusilə də, gündəlik həyatlarında yerinə yetirdikləri hərəkətlərə görə minnətdarlıq ifadə etmələri böyük əhəmiyyət kəsb edir.

Minnətdarlıq bildirmək üçün bu hərəkətin nəyə görə vacib olduğunu söyləmək lazımdır və bu, ərlə arvad arasındakı münasibəti möhkəmləndirir.

Göründüyü kimi, kiçik görünən bu jestlər münasibətlərdə məmnunluğu və harmoniyanı artırır.

Bütün bu tövsiyələrə baxmayaraq, mütəxəssislər bildirirlər ki, cütlüklər münasibətlərdə qiymətləndirmə balansını müəyyən etməkdə çətinlik çəkəndə, siyahı tərtib etmək yaxşı çıxış yolu ola bilər.

Qotman cütlüyünün təklifi ondan ibarətdir ki, siz hər birinizə gördüyünüz işlərin qısa siyahısını yaradasınız və bu tapşırıqları bir-birinizlə dəyişəsiniz.

Bu həm əmək bölgüsünü daha ədalətli edir, həm də bir-birinizə gündəlik həyatdakı çətinlikləri daha yaxşı başa düşməyə imkan verir.

Bu, iki nəfər arasında şəfqət, anlayış, hörmətə səbəb ola bilər.

Bu sadə dəyişiklik cütlüklərin bir- birinə olan sədaqətini möhkəmləndirə və münasibətlərini daha da sağlam edə bilər.

Mənbə: Onedio

Tərcümə etdi: Samirə Kərimli

Paylaş
Şərh əlavə et