
Mükəmməl idman olan üzgüçülüyün 10 faydası var
Aerobik məşqlərin bütün faydalarını oynaqlara heç bir zərər vermədən üzməklə əldə edə bilərsiniz. İdmançılar tərəfindən müalicə müddətində formada qalmaq üçün üzməyə üstünlük verilir. Üstəlik sualtı hərəkətlər üçün əlavə avadanlıq tələb olunmur. Üzgüçülüyün bilinəndən daha çox üstünlüyü var.
Əzələ inkişafı və ümumi güclənməni təmin edir
Üzgüçülük bədəndəki bütün əzələləri gücləndirir. Ayaqlar, qollar, bel, qarın, bədəninizin bütün hissələri işlənilir, sıxılır və gözəlləşir. İlhama ehtiyacınız varsa, məşhur üzgüçülərin bədənlərinə nəzər sala bilərsiniz.
Sümük sıxlığını yaxşılaşdırır
İllərdir tədqiqatçılar üzgüçülüyün sümük kütləsinə təsirini qəbul etmirdilər. Bu baxımdan yalnız ağırlıq qaldırmanın təsirli olduğu ümumi bir fikir idi. Lakin Journal of Applied Physiology-də dərc edilən son araşdırmada, insan sümüklərinin dərin müayinəsinə mane olan etik səbəblərə görə siçanlardan istifadə olundu. Siçanlar 3 qrupa bölündü: qaçan, üzən və heç bir məşq etməyən siçanlar. Ən çox qaçan siçanlarda sümük mineral sıxlığı artsa da, üzənlərin heç bir şey etməyənlərə nisbətən bud sümüyü çəkisinin artdığı müşahidə edilib.
Çevik qalmağınıza kömək edir
Üzgüçülük uzanmaq üçün yaxşıdır. Ayaq biləkləriniz üzgəclərə çevrilir və hər vuruşda mayenin təzyiqinə qarşı çıxır, əzələləri gücləndirir. Əlbəttə ki, bu, digər uzanma hərəkətlərini laqeyd edə biləcəyiniz demək deyil, lakin təkrarlanan uzanmalar elastikliyinizi artırır.
İltihabı azaldır
Ürək əzələlərini gücləndirmək kimi ürək-damar faydaları hamıya məlum olsa da, araşdırmalar göstərir ki, üzgüçülük aterosklerozun yığılmasına səbəb olan iltihabı da azaldır. Bütün bədəndə iltihabı azaltmaq bir çox başqa xəstəliklərin də qarşısını almaq deməkdir.
Kalori yandırmağa kömək edir
Əksər insanlar üzgüçülüyün kalori yandırmaq üçün əla bir yol olduğunu bilir. Lakin bunun qaçış qədər təsirli olduğunu bilmirlər. Hətta bunu nə qədər intensiv etdiyinizdən asılı olaraq, üzgüçülük qaçışdan daha çox kalori yandıra bilər.
Məşqdən qaynaqlanan astmanı yaxşılaşdıra bilər
İdman etməyə çalışarkən nəfəs darlığı işinizi olduqca çətinləşdirə bilər. Quru havada idman salonu yerinə nəmli şəraitdə idman daha zövq vericidir. Üzgüçülük təkcə astma simptomlarını aradan qaldırmağa kömək etmir. Tədqiqatlar göstərir ki, bu həm də ağciyərlərin ümumi vəziyyətini yaxşılaşdırır.
Stress və depressiyanı azaldır
Təbii endorfin gücləndiricilərini sevirsiniz? Yalnız qaçışçıların bunu hiss etdiyini düşünməyin, üzgüçülük də eyni təsirə malikdir. Üzən zaman xoşbəxtlik hormonları və yoqa kimi rahatlama hiss edə bilərsiniz. Davamlı əsnəməkdən başqa, ritmik nəfəs də bu hissi yaradır. Nəfəsinizin və suda olmağınızın səsi sizi çox sakitləşdirəcək. Təbii olaraq stress və depressiyanı azaldacaq. Tədqiqatlar həmçinin göstərir ki, üzgüçülük hipokampal neyron adlanan prosesdə stressin beyinə vurduğu ziyanı geri qaytara bilər.
Duzlu su dərinizi gözəlləşdirir
Duzlu suda müntəzəm üzgüçülük dərinizin nəm balansını qorumağa kömək edir. Yeni hüceyrələrin böyüməsini dəstəkləmək üçün təmizlənir. Canlandırıcı üzgüçülük seansından sonra dərinizin nə qədər hamar və sağlam göründüyünə heyran qalacaqsınız.
Bu sizi daha ağıllı edə bilər
Bütün məşqlər ağıl üçün faydalıdır, lakin üzgüçülük sizi daha ağıllı edə bilər. Avstraliya araşdırması üzgüçülük dərsləri alan uşaqlara diqqət yetirib. Onların dil inkişafını, motor bacarıqlarını, özünə inamını və fiziki inkişafını üzməyən digər uşaqlar qrupu ilə müqayisə edib. Nəticələr təxmin etdiyiniz kimi uşaqların üzgüçülüyünün xeyrinədir.
Üzgüçülük ömrü uzadır
Hər növ idman daha sağlam və uzun ömür gətirsə də, araşdırmalara görə, üzgüçülük ən yaxşı seçimlərdən biridir. Cənubi Karolina Universitetinin tədqiqatçıları 32 il ərzində 20-90 yaş arası 40547 kişini müşahidə ediblər. Nəticələrə görə, üzən subyektlərin qaçan, yeriyən və ümumiyyətlə idman etməyənlərə nisbətən ölüm riski 50 faiz az olub.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
