Tut mülayim və isti iqlimlərdə yetişir.Tut meyvəsi təzə halda qəbul edilməklə yanaşı, bəkməz, mürəbbə və şərbət kimi qidaların əsas tərkib hissəsidir. Tut bir çox faydaları ilə məşhur olan meyvələr sırasındadır. Qara tut və ağ tut kimi iki növü var. Xüsusilə də, ağ tut çox faydalı meyvədir.

Ağ tutun faydaları nələrdir?
- Ağ tut tam lif mənbəyidir.
- Tərkibindəki həll qabiliyyəti sayəsində qan şəkərini idarə edir və xolesterin səviyyəsini azaldır.
- Gündəlik ağ tutun bir hissəsini qəbul etməklə lif ehtiyacınızın 20 faizini qarşılaya bilərsiniz.
- Ağ tut tam antioksidant mənbəyidir.
- Tut meyvəsi ağrıkəsici xüsusiyyətə malikdir.
- Ağ tutun araşdırmalar nəticəsində qocalma əleyhinə olduğu aşkarlanmışdır.
- Ağ tut meyvəsində bol miqdarda C vitamini var. Bu sayədə immunitet sisteminizi gücləndirir və xəstələnməyinizə mane olur.
- Ağ tutun yarpaqları da meyvəsi qədər faydalıdır. Ağ tut yarpağını qaynadıb içən insanlar bədənlərindəki ödəmdən xilas ola bilərlər.
Nə üçün faydalıdır?
Ağ tut yüksək xolesterolu olan xəstələr üçün faydalıdır. Qandakı zərərli maddələrin bədəndən çıxarılmasını təmin edən ağ tut xolesterolu yüksək olan insanların xolesterin səviyyəsini tarazlıqda saxlama gücünə malikdir. Bundan başqa, həzm problemi olan insanların tez-tez qəbul etməsi lazım olan bir meyvədir. Müntəzəm olaraq qəbul edilərsə, həzmi asanlaşdıra bilir.
Ağ tut meyvəsinin az bilinən faydalarından biri də mədə xəstəliklərinə faydalı olmasıdır. Mədə xorası, reflü, qastrit kimi xəstəliklərin qarşısını alır. Xüsusilə, mədə xorası kimi mədə yaralarının səbəb olduğu ağrıları aradan qaldırmaq üçün mütəmadi olaraq tut meyvəsini qəbuk etmək lazımdır.
Tərkibindəki çoxlu vitamin və minerallar sayəsində tut meyvəsi bədəndəki oynaq ağrılarını azaltmağa kömək edir. Müntəzəm olaraq qəbul edildikdə kalsifikasiya kimi xəstəliklərin qarşısını alır. Ağ tut meyvəsinin bilinməyən digər bir xüsusiyyəti də ürək sağlamlığına olan faydalarıdır. Ürək damarları tıxanmış və ya başqa ürək xəstəliyi olan insanların ağ tut meyvələrindən istifadə etməsi tövsiyə olunur. Qanı durulaşdırıcı təsiri sayəsində damarların tıxanmasının qarşısını alır və tıxanmış damarları açır.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
