Ərik çayı düzgün dəmləndikdən sonra müəyyən fasilələrlə qəbul edilməlidir. Ərikdə A, B, C, P vitaminləri, mis, maqnezium və dəmir var. Bundan əlavə, ərik quru və təzə formada qəbul edilir. Eyni zamanda, ərik çayı ən çox qəbul edilən içkilərdən biridir. Ərik çayı qədim zamanlardan bəri qəbul edilən bir içki kimi tanınır. Yorğunluğu aradan qaldırma xüsusiyyəti ilə bilinən ərik çayı stresin qarşısını almağa da kömək edir.

Ərik çayı necə hazırlanır?
Sağlamlığa bir çox faydası olan ərik çay şəklində də dəmlənə bilər. Bunun üçün düzgün üsul tətbiq edilməlidir. Ərik çayı iki müxtəlif şəkildə hazırlana bilər. Əvvəlcə, bitki çayları olan ərik çay paketləri 7 və ya 8 dəqiqə qaynar suda saxlanılmalıdır. Bundan sonra bu çay yaxşı dəmlənir. Sonra çay paketi sudan çıxarılır. Hazırlanmış çayı rahatlıqla içmək olar. Digər üsul isə düzgün üsullarla quru ərik çayının dəmlənməsidir. İlk növbədə, qazandakı su yaxşı qaynadılmalıdır. Daha sonra quru ərik suda kifayət qədər saxlanılır. Əriklər daha iki dəqiqə qaynadılır. Çayın dibi bağlanır və çay süzülür. Ərik çayı 10 dəqiqə dəmləndikdən sonra içməyə hazır olacaq.
Ərik çayının faydaları nələrdir?
Ərik çayı çox faydalı içkilərdən biridir. Kifayət qədər dadlı olan ərik çayı həm də zəngin lif tərkibinə malikdir. Tərkibində zəngin lif olan ərik çayı bağırsaq hərəkətliliyini də artırır. Bu sayədə ərik çayı qəbizliyi qısa müddətdə aradan qaldıra bilir. Tərkibi kalsium ilə zəngin olan ərik çayı sümük quruluşuna da mühüm faydalar verir.
Müəyyən miqdarda ərik çayı içildikdə sümüklər sağlam şəkildə inkişaf edir. Tərkibində sink mineralları olan ərik çayını içmək göz sağlamlığını qoruyur. Bundan əlavə, ərik çayı bədəndə yığılmış iltihablarla güclü mübarizə aparır. Həzm sisteminə faydalı olan ərik çayı ürək sağlamlığını da dəstəkləyir.
Ərik çayının faydaları saysız-hesabsızdır. Xüsusən də, düzgün qəbul edildikdə ərik çayı bir çox xəstəliklərə şəfalı olur. Ərik çayının ən bilinən xüsusiyyəti qəbizliyi çox qısa müddətdə aradan qaldırmasıdır. Tərkibindəki komponentlər sayəsində bağırsaq fəaliyyətini artıran ərik çayı qəbizlik problemini də aradan qaldırır. Tərkibi yüksək liflə zəngin olan ərik çayı da arıqlamağa kömək edir. Metabolik sürəti artıran ərik çayının tərkibində yüksək miqdarda antioksidan da var.
Ərik çayının digər mühüm faydası xərçənglə effektiv mübarizə aparmasıdır. Ərik çayı tərkibindəki yüksək miqdarda vitamin və minerallar vasitəsilə təbii qızdırma salıcı kimi də qəbul edilir. Qan azlığına da yaxşı təsir göstərən ərik çayının tərkibində yüksək miqdarda mis və sink mineralları var. Bundan əlavə, ərik çayı bir çox xəstəliklərin qarşısını alır. Xüsusilə, düzgün qəbul edildikdə ürəkdəki ritm pozğunluqlarının qarşısını alır. Həmçinin ərik çayı xərçəngin dərəcəsini də azaldır. Eyni zamanda, ərik çayı dişlərin möhkəmlənməsinə də kömək edir. C vitamini ilə çox zəngin olan ərik çayı immunitet sistemini gücləndirir. Həmçinin ərik çayı qaraciyər müalicəsində istifadə olunur.
Ərik çayının qəbulu necə olmalıdır?
Ərik çayının müntəzəm olaraq qəbul edildiyi bir çox əhəmiyyətli faydaları vardır. Gündə təxminən iki stəkan ərik çayı içməklə orqanizmin sağlamlığını qorumaq olur. Qadınlar mütəmadi olaraq ərik çayı içdikdə üzlərindəki sızanaq və qara nöqtələr yox olur.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
