Yaşıl lobya yayda bol şəkildə qəbul edilən tərəvəzdir. Yaşıl lobya qəbulunun bir çox xəstəliklərin qarşısını aldığı məlumdur. İmmuniteti gücləndirdiyi də bilinən bu qida çox qiymətli tərəvəzdir.

Təzə lobyanın faydaları nələrdir?
Yaşıl lobya qəbulu xərçəng riskini azaldır.
Yaşıl lobyadakı lif həzmi asanlaşdırır.
Tərkibindəki karotenlər göz funksiyasının və görmə qabiliyyətinin azalmasına səbəb olan makula degenerasiyasının qarşısını alır.
Tərkibində kalsium olduğu üçün sümüklərin inkişafına kömək edir və sümük rezorbsiyasının qarşısını alır.
Yaşıl lobya tərkibindəki flavonoidlər ürək xəstəlikləri riskini azalda bilir.
Təzə lobya qəbulu dırnaqlar, saçlar və dəri üçün inanılmaz dərəcədə faydalıdır.
Tərkibindəki lif sayəsində daha az kalori verir və insanı tox saxlama gücünə malikdir.
Əhəmiyyətli bir detoks funksiyasına malikdir. Bu, insanın bədənindəki toksinlərdən xilas olmasına kömək edir.
Lobyanın zərərləri nələrdir?
Yaşıl lobyanın zərərləri daha azdır. Faydaları ilə müqayisədə, demək olar ki, zərərləri yoxdur. Təbii ki, hər yaşıl paxlanın da bəzi zərərləri var. Yaşıl lobya fitik turşusu ehtiva edir. Bu turşu həddindən artıq qəbul edildikdə insanda qida çatışmazlığına səbəb olur. Bir çox qidalarda olan karbohidrat zülalı olan lektinlər yaşıl lobyada da olur. Bu, zülalların bağırsaq traktını sarmasına və həzm problemləri yaşamasına səbəb olur. Digər qidalar kimi yaşıl lobya da allergiyası olan insanlara mənfi təsir göstərə bilər.
Qurudulmuş lobyanın faydaları
Qurudulmuş yaşıl lobya çox dadlı yemək növlərindən biridir. Yeməkdə olduğu kimi, heyvan yemində də istifadə olunan məhsuldur. İnsanların onları almaq əvəzinə, günəşin köməyi ilə öz evlərində qurutması da bir seçimdir. Qurudulduqda suyu buxarlanan bu tərəvəzin tərkibindəki bütün minerallar və vitaminlər qalır. Bu, yeməyi daha insan orqanizmi üçün faydalı edir.
Lobya şirəsinin dəri üçün faydaları
Yaşıl lobya şirəsi haqqında çox şey məlum deyil. Ancaq eyni şeyi quru lobya suyu üçün söyləmək olmaz. Quru lobyanın dəri üçün bir çox faydaları var. Bu üstünlüklərdən bəziləri:
Dəridə olan ləkələri aradan qaldırır.
Dərini hamarlayır.
Mənbə: Sabah
Tərcümə etdi: Fatimə Mustafayeva
