Bu gün:

Xiyarın sağlamlıq üçün 8 faydası


Xiyar pəhrizlərin və detoks sularının əvəzsiz tərkib hissələrindən biridir. Qəlyanaltı olmaqla yanaşı, olduqca sağlam qidadır. Xiyarın sağlamlıq üçün 8 mühüm faydası:

1- Qidalandırıcıdır
Xiyarın böyük bir hissəsi sudan ibarətdir. Buna görə də yağ və kalorisi azdır. C və K vitaminlərinin anbarı olan xiyar qidalanmada bizim üçün çox faydalıdır. Arıqlamaq istəyirsinizsə, xiyar yemək sizə kömək edəcək.

2- Xərçəngə qarşı qorunma təmin edir
Xiyar güclü antioksidantlardan biridir. Xərçəng riskini artıran sərbəst radikallarla mübarizə aparan xiyar xərçəngə qarşı güclü qoruma təmin edir. Buna görə də gündəlik qida rasionunuza xiyar daxil etmək faydalıdır.

3- Su ehtiyacını ödəyir
Yuxarıda qeyd etdiyimiz kimi, xiyarın tərkibində 96% su var. Beləliklə, 1 xiyar yeyəndə bir stəkan su içirsiniz. Əgər su içməyi unutmusunuzsa, gün ərzində ən azı 2 xiyar yeməyə çalışmalısınız.

4- Bədəni təmizləyir
Detoks reseptlərini araşdırdığınız zaman xiyarın əksər reseptlərdə olduğunu görürsünüz.Xiyar ağciyər, bağırsaq və qanınızdakı toksinlərin təmizlənməsində də çox təsirlidir.

5- Arıqlamağa kömək edir
Lifli tərəvəzlərdən biri olan xiyar pəhrizlərdə çox faydalı qidadır. Pəhriz siyahısına rahatlıqla əlavə edə biləcəyiniz xiyar ödəm xüsusiyyəti ilə arıqlama prosesinizi sürətləndirəcək. Onu salatlarınıza əlavə edə və ya qəlyanaltı olaraq istifadə edə bilərsiniz.

6- Sümükləri gücləndirir
Xiyar tərkibindəki yüksək K vitamini sayəsində sümük sağlamlığına faydalı olan qidalardan biridir. Sümükləri gücləndirərkən qanın laxtalanmasını təmin edən xiyar bu faydasına görə uşaqlar tərəfindən yeyilməlidir. 

7- Dəriyə qulluqda təsirlidir
Xiyarı qida olaraq qəbul etdiyimiz zaman belə dərimiz üçün çox faydalıdır.  

8- Baş ağrılarını aradan qaldırır
Baş ağrıları, əsasən, orqanizmin susuz qalması səbəbindən baş verir. Xiyarın su nisbətinin yüksək olması bu problemi minimuma endirəcək. Baş ağrınız zamanı bol su və xiyar qəbul etməlisiniz.

Mənbə:Hürriyet

Tərcümə etdi:Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et