Səs tonunuz necədir? Əgər tonunuz standart adlandıra biləcəyimiz incəlik və qalınlıq qavrayışı ilə uyğun gəlmirsə, səsə də estetik edilə bilər. Üstəlik, bu əməliyyatla səs tellərinin tezlikləri az qala alətin simləri kimi dəyişdirilir. Beləliklə, səsin tembrini nazikləşdirmək, qalınlaşdırmaq və tənzimləmək mümkündür.
Səsimizin incəlik və qalınlıq qavrayışını yaradan əsas element səs tellərimizin səs istifadəsi zamanı yaratdığı vibrasiyaların sayı, yəni səsimizin əsas tezliyidir. Səsin əsas tezliyinin sağlam kişidə 120 Hz-dən aşağı, sağlam qadında isə 150 Hz-dən yuxarı olması gözlənilir. Səsin əsas tezliyi nə qədər yüksəkdirsə, səs bir o qədər incə olur və tezlik nə qədər aşağı olarsa, səs bir o qədər qalın olur. Səsimizin əsas tezliyini təyin edən amillər səs tellərimizin uzunluğu, qalınlığı və gərginliyidir. Səsi nazikləşdirmək, səsi qalınlaşdırmaq üçün səs tellərini qısaltmaq, qalınlaşdırmaq və gərginliyini azaltmaq lazımdır. Ona görə də bu 3 parametr üzrə ediləcək dəyişikliklər səsdə incəlik və qalınlıq mənasında dəyişikliklərə səbəb olur. Bu nöqtədə səs estetikası etmək mümkündür.
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Məryəm Məmmədova
