Münasibətinizdə tez-tez mənfi emosiyalar yaşayırsınız? Münasibətiniz toksik ola bilər. Mütəxəssislər, “Əgər bəzi insanlarla münasibətinizdə acizlik, qəzəb, günahkarlıq kimi hissləri tez-tez yaşadığınızı və bu insanların sizi aşağı saldığını düşünürsünüzsə, bu əlaqə zəhərli bir əlaqədir” deyib.
Toksik “zəhərli” deməkdir. Yəni bizi zəhərləyən, aşağı çəkən münasibət. Hər kəsin toksik insanlar və əlaqələrlə qarşılaşa biləcəyini ifadə edən Ekspert Klinik Psixoloq Dr. Aslı Başabak Bhais, çarəsizlik, qəzəb, günahkarlıq, əlaqələrdə davamlı izahat ehtiyacı kimi hisslərə diqqət çəkib. Psixoloq Bhais, "Əgər bu hissləri tez-tez yaşayırsınızsa, bu əlaqənin toksik olduğunu söyləyə bilərik. Toksik insanlar üzr istəməyə meylli deyillər. Toksik insanlar mənfi duyğularını digər insanın üzərinə atıb onları aşağı salırlar və bu insanlarda adətən şəxsiyyət pozğunluğu peoblemi vardır" ,-deyib.
Toksik insanların xüsusiyyətlərinə və toksik münasibətlərə də toxunun Psixoloq Dr. Bahis, toksik bir insanı və ya əlaqəni zamanla tanıya biləcəyimizi ifadə edərək bunları deyib: "Həyatımızda zaman-zaman toksik insanlar və toksik əlaqələr ola bilər. Bu insan qohum, ailə üzvü, dost, sevgili və ya həyat yoldaşı ola bilər. O, həyatımıza qısa müddətə girə bilər və ya həyatımızda uzun müddət qala bilər. Biz bu insanları prosesdə bizə hiss etdirmələri və ya münasibətlərin formalaşması ilə tanıyırıq".
Necə anlaya bilərik?
Toksik bir əlaqədə olduğumuzu necə başa düşə biləcəyimizi Psixoloq Dr. Bhais izah edib: "Niyə biz sosial əlaqələrimizi qururuq? Daha yaxşı, daha xoşbəxt, daha uğurlu olmaq, bizi təşviq etmək, bizi dəstəkləmək üçün. Amma bu insanlar bunun əksini edirlər. Biz bu insanları necə tanıyırıq? Əgər tez-tez qarşılaşdığınızı düşünürsünüzsə, günahkarlıq, davamlı izaha ehtiyac duymaq kimi müəyyən duyğular, bu əlaqənin əslində toksik bir əlaqə olduğunu söyləyə bilərik. Qarşı tərəfin bizi bir şəkildə manipulyasiya etdiyini, bizi dəyişməyə, idarə etməyə və ya müəyyən istiqamətlərə çəkməyə çalışdığını düşünə bilərik. Yaşadığımız bu hisslərdən anlaya bilərik ki, toksik bir əlaqəmiz var".
Sağlam münasibət necə olmalıdır?
Narazı, depressiyaya düşən və ya narahat olan hər kəsin toksik adlandırıla bilməyəcəyini də qeyd edən Psixoloq Dr. Bhais deyib: "Sağlam bir münasibətdə aldığınız qədər verə bilmək vacibdir. Mən dəyər və ya təhlükəsizlik hissi verə bilsəm, o, mənə sevgi və məhəbbət bəxş edə bilərmi? Ehtiyacım olanı alıb ona ehtiyacı olanı verə bilərəmmi? Bir tərəf daha çox verirsə, bir tərəf həmişə daha çox alırsa, qeyri-sabit və qeyri-sağlam münasibətlər yaranır".
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Məryəm Məmmədova
