Bu gün:

İsti havalarda bakteriyalara diqqət edin


İsti yay günləri qidaların daha tez xarab olmasına səbəb olur. Tərkibində Salmonella bakteriyası olan qidalar da zəhərlənməyə və daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Salmonellanın ən çox qidadan keçdiyini ifadə edən Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Şirin Seçkin bildirib ki, burada ən riskli qidalar ət, yumurta, toyuq, pasterizə olunmamış süd və süd məhsulları, zəif yuyulmuş meyvə və salat, midye və digərləridir.

Sudan, buzdan və qidadan asanlıqla ötürülən salmonella bağırsaq traktına təsir edən, ciddi susuzluğa səbəb ola bilən və təcili tibbi yardım tələb edən ümumi bakterial xəstəlikdir.

Salmonella infeksiyası olan bəzi insanlarda heç bir əlamət olmasa da, bir çoxlarında diareya, qızdırma və mədə (qarın) krampları məruz qaldıqdan sonra inkişaf edir. Sağlam insanların əksəriyyəti xüsusi müalicəyə ehtiyac olmadan bir neçə gündən bir həftəyə qədər sağalır.

Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Şirin Seçkin deyib: "Salmonella qida sənayesində çox əhəmiyyətli bir təhlükə yaradır. Bütün xarici faktorlara uyğunlaşa bilən salmonella sudan, buzdan və qidadan asanlıqla keçə bilər. Bu günlərdə artımının səbəbinin sıxlıq olduğu söylənilə bilər. Ölkələrə və ya bölgələrə səyahət də xəstələnməyin ən çox yayılmış yoludur. Bu, epidemiyalara səbəb ola biləcəyi üçün qida sənayesi üçün böyük təhlükədir".

Mənbə: Habertürk 

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et