Üstünlük verilən qurudulmuş xurmalara qurudulmuş ənciri də əlavə etmək olar. Təzə əncirin tərkibində quru əncirdən daha çox vitamin və mineral var. Bununla belə, təzə əncirin faydaları ilə yanaşı, quru əncirin də faydaları var.
Liflərlə zəngin olan qurudulmuş əncirin tərkibində kalium, dəmir, kalsium, antioksidantlar və kompleks karbohidratlar var.
Qəbizliyin müalicəsində quru əncir təzə əncirdən daha təsirli ola bilər. Lakin meyvələr quruduqda şəkərin miqdarı artdığından quru əncirin şəkəri və kalorisi daha yüksək olur. Bu səbəblə daha da ölçülü şəkildə istifadə edilməlidir.
Tərkibindəki şəkərin yüksək olması və qanda şəkərin ani artımı səbəbiylə diabet xəstələrinin təzə və ya qurudulmuş əncirdən uzaq durmaları, istifadə ediləcəksə, 1 ədəddən çox əncir yeməmələri tövsiyə edilir.
Pəhriz zamanı əncir istifadə edilə bilərmi? Kalorisi yüksəkdir?
Tövsiyə olunan miqdar keçilmədiyi müddətcə ənciri pəhriz siyahılarına asanlıqla əlavə etmək olar. 2 quru əncir və ya 2 təzə əncir təxminən 60 kaloridir.
Gündə nə qədər qurudulmuş əncir yemək tövsiyə olunur?
Meyvə istifadəsində müxtəlifliyi təmin etmək vacibdir. Gündə orta hesabla 3 porsiya meyvə yemək tövsiyə olunur. Gündə 2 ədəd qurudulmuş və ya təzə əncir qəlyanaltı və ya səhər yeməyi üçün asanlıqla istifadə edilə bilər.
Mənbə: Sabah
Tərcümə etdi: Məryəm Məmmədova
