
Aparılan araşdırma nəticəsində məlum olub ki, son illərdə sayı artan sosial media aludəçiləri psixi sağlamlıqlarını yaxşılaşdırmaq üçün müalicə almalıdırlar.
Britaniyalı tədqiqatçılar təklif ediblər ki, həkimlər depressiyaya düşən xəstələrə sosial mediadan problemli istifadənin öhdəsindən gəlməyə və psixi sağlamlıqlarını yaxşılaşdırmağa kömək etmək üçün terapiya təklif etməlidirlər.
İngiltərədəki University College London (UCL) tərəfindən aparılan araşdırma sosial media ilə çox məşğul olanlar üçün potensial müdaxilələri araşdırıb.
Müvafiq olaraq, sosial mediadan istifadəni məhdudlaşdıranlar depressiya, narahatlıq və tənhalıq səviyyələrində irəliləyişlər görüblər.
Tədqiqat üçün 2004-2022-ci illər arasında dünya üzrə aparılan 2700-dən çox eksperimental tədqiqat nəzərdən keçirilib. Daha sonra onlar sosial mediadan istifadənin gənclərin psixi sağlamlığına təsirini qiymətləndiriblər. Journal of Medical Internet Research-də dərc olunan hesabat üçün 23 tədqiqat təhlil edilib. Onların 39 faizi sosial media istifadəsinə müdaxilənin psixi sağlamlığı yaxşılaşdırdığını müəyyən edib.
Terapiyaya əsaslanan müdaxilələr, sosial mediadan qaçmaq (25%) və ya platforma istifadəsini məhdudlaşdırmaq (20%) ilə müqayisədə tədqiqatların 83%-i ən təsirli və təkmilləşdirilmiş psixi sağlamlığı yaxşılaşdıran müayinələr olmuşdur.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
