Bu gün:

Kişilərin qadınlarda diqqət etdiyi xüsusiyyətlər


Psixoloqların sözlərinə görə, kişi ilk baxışdan qadının geyim tərzinə, baxımlı olmasına aşiq olur. Daha sonra kişilər sevdiyi qadını tanıdıqca ona daha çox bağlanırlar. Kişilər nə qədər mənim üçün daxili gözəllik önəmlidir desə də, xarici gözəlliyinizi saxlayın. Daim baxımlı olun.



Bəzi kişilər təbii görünüşə önəm verirlər

İlk görüş zamanı qadınlar cazibədar görünməyə çalışsalar da, kişilər makiyaja çox əhəmiyyət vermirlər. 2014-cü ildə The Quarterly Journal of Experimental Psychology jurnalında dərc edilən araşdırmaya görə, kişilərin çoxu qadınların daha az makiyaj etməyini xoşlayır. Tədqiqatçılar kişilərə qadının makiyaj edərkən hər addımın bir neçə şəklini göstərdilər və nəticələr bir qədər təəccüblü idi. Orta hesabla, kişilər görüş günü qadınların makiyajdan daha az istifadə etməsinə diqqət yetirirdilər. 

Kişilər yüksək tonla danışan qadınları sevməzlər 

2013-cü ildə PLOS ONE jurnalında dərc edilən bir araşdırma kişilərin müəyyən bir addıma qadının səs tonun kişini cəlb etdiyi aşkar olundu. Daha bir araşdırmaya əsasən, 2018-ci ildə Proceedings of the Royal Society jurnalında qeyd olunmuşdur ki, kişilər xoşlandığı qadınla ünsiyyətdə olduqda səs tonları enir. Bunlardan əlavə, kişilər öz bölgə dialektləri ilə danışan qadınlara da daha çox maraq göstərirlər.

Mənbə:habertürk

Tərcümə etdi:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et