
Biz adətən fındıq yedikdən sonra qabıqlarını atırıq. Əslində onu atmamalıyıq. Fındıq qabığı uzun illər qaynadılıb istifadə edilən qidadır.
Fındıq qabığındakı paklitaksel maddəsi xərçəngə qarşı çox yaxşı olduğu üçün xərçəng dərmanlarına əlavə olaraq istifadə olunur.
Fındıq qabığı çayı nizamlı olaraq istifadə edildikdə xərçəngi azaldır, bəlğəmgətiricidir, böyrək və sidik kisəsi iltihabına qarşı faydalıdır, bağırsaq xəstəliklərinə çox faydalıdır.
Fındıq qabığı çayı sidik yollarının infeksiyaları üçün də müalicəvi xüsusiyyətlərə malikdir. Həmçinin qripə qarşı da kömək edir. Məlumdur ki, qadınlar qədim zamanlardan hamilə qalmaq istəyən qadınlar bu çaydan istifadə edirlər.
Fındıq qabığı çayı necə hazırlamaq olar?
Fındıq qabığındakı kimyəvi maddələri, toz və kirləri təmizləmək üçün ilk növbədə fındıq qabıqlarını yaxşıca yuyun. Sonra bir litr suya bir ovuc fındıq qabığı əlavə edin və on dəqiqə qaynadın. Sonra ocaqdan götürüb yenidən on dəqiqə dəmlənməsini gözləyin. Süzülmüş çayı stəkana götürüb istəyə görə bal əlavə edə bilərsiniz. Gündə yalnız iki stəkan fındıq qabığı çayı içmək uyğundur. İstəsəniz fındıq qabığı çayına 1 dilim limonla dad verə bilərsiniz. Bu sayədə çayın təsirini ikiqat artırmış olarsınız.
Mənbə: Haber global
Tərcümə etdi: Lalə Mənəfova
