
Təbiətin möcüzəvi məhsulları arasında yer alan sodanın dəridə istifadəsi gözlənilmədən yaxşı nəticələr verir. Dərinizə soda istifadə etdiyiniz zaman sizi bir anda 10 yaş cavanlaşdıracaq qarışım əldə edə bilərsiniz.
Kimyəvi tərkibli məhsullarla dəriyə qulluq etmək dərini təmizləmək və sizə istədiyiniz gənc görünüşü vermək əvəzinə ciddi zərər verə bilər. Ona görə də dəriyə qulluqda təbii üsullardan istifadə etmək daha sağlam olacaq. Dəriyə qulluqda istifadə edilən təbii məhsullar arasında xüsusi yeri olan soda istifadə etdiyiniz zaman sizi bir anda 10 yaş cavanlaşdıracaq bir qarışıq meydana çıxır. Soda ilə hazırlanan qarışıqla 10 illik cavanlaşmanın tərkibi:
1 xörək qaşığı soda
1 xörək qaşığı alma sirkəsi
Yarım limon
1 xörək qaşığı bal
yarım stəkan su
HAZIRLANMASI
Əvvəlcə suyun içinə yarım limon sıxıb digər inqrediyentləri əlavə edin və yaxşı qarışdırın. Tam bir məcun halına gələn qarışığı üzünüzə çəkin və belə yatın. Ancaq bu mərhələdə qarışımın göz qapaqlarınıza və kirpiklərinizə düşməməsinə diqqət yetirin. Səhər yuxudan duranda qarışığı üzünüzdən yuyun.
Bir ay ərzində gecə yatmazdan əvvəl bu qarışığı dərinizə çəksəniz, nəticə sizi çox təəccübləndirəcək. Dərinin nəfəs almasını və toksinləri çıxarmasını təmin edən bu qarışıq qara nöqtələrin, sızanaqların və hətta qırışların da qarşısını alır. Bu qarışıq dərinizi yumşaq və hamar edir.
Mənbə: Haber global
Tərcümə etdi: Lalə Mənəfova
