Bu gün:

Dünyanın ən zərərli qidası


Mətbəxdə istifadə etdiyimiz bəzi qidalar yeməklərə dad qatsa da, tərkibindəki maddələri  həmişə bilmək  mümkün olmur. Qablaşdırılmış qida istifadəsinin artması sağlamlığımızı təhlükə altına atır. 

Mətbəxdə həm ləzzət artırıcı, həm də aroma artırıcı olaraq istifadə edilən bulyonlar sağlamlığınızı nəzərə almadan yeməklərinizə dad qatır.  Araşdırmalar göstərib ki, ət-toyuq bulyonlarında zərərli əlavələr parkinson, piylənmə və Alzheimer kimi ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Düyü plovuna, şorbaya və bir çox xörəklərə qatılan bulyonun vurduğu zərəri gözardı etmək olmaz. Bulyonların tərkibində Mono natrium glutamat (MSG) adlı zərərli maddə var. Çin duzu adlanan bu maddə mütəxəssislər tərəfindən təhlükəli hesab edilir.  Bir çox xəstəliklər yaradaraq orqanizmi məhv edən məhsulun zərəri həqiqətən inanılmazdır. Bulyonun tərkibindəki kimyəvi maddələrə görə orqanizm “Çin Restoranı Sindromu” adlı kollektiv reaksiyaya girir və yemək zamanı müntəzəm olaraq istifadə edildikdə  anormal ürək döyüntüsü, nəfəs almaqda çətinlik, beynin dumanlaması və hətta alzheimer kimi xəstəliklərə yol açır.

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et