
Səhər yeməyində ən çox istifadə edilən qidalardan, şübhəsiz ki, pomidordur. Masalarda əksik edilməyən və tez-tez səhər yeməyində istifadə edilən pomidorların zərərləri aydın idi. Pomidor qan şəkərinə mənfi təsir göstərə bilər və həddindən artıq pomidor qəbulu bədən üçün təhlükəli ola bilər. Xüsusilə, pomidor çiy istifadə edilməməlidir.
Səhər yeməyi üçün vacib olan pomidor bədənə çox zərər verə bilər.
Hər hansı digər qida maddəsində olduğu kimi, şüursuz pomidor istifadəsi da müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər tez-tez qeyd edirlər ki, xüsusilə, acqarına və çiy istifadə edilən pomidorlar insan sağlamlığı üçün olduqca təhlükəli nəticələrə səbəb ola bilər.
Pomidorda olan təbii şəkərin şəkərli diabet xəstələrinin qan şəkərinə mənfi təsir göstərə biləcəyini vurğulayan Canan Karatay pomidorun həddindən artıq istifadəsinin həzm problemlərinə də səbəb ola biləcəyini söyləyib. Turşu qida, pomidor həddindən artıq istifadə edildikdə mədədəki turşuların tarazlığını pozur.
Pomidor yedikdən sonra qarnınızda yanma hissi hiss edirsinizsə,
pomidoru az qəbul etmək daha faydalı olar.
Pomidorların həddindən artıq istifadəsi oynaqlarda kalsium əmələ gətirən solanin alkaloidinin yığılmasına gətirib çıxarır. Bu vəziyyət oynaq ağrısına səbəb olur, hətta oynaq quruluşu da dəyişə bilər.
Böyrək daşlarının əmələ gəlməsinə səbəb olan mineral oksalat pomidorda çox miqdarda olur. Bu da öz növbəsində pomidorun həddindən artıq istifadəsinin böyrək daşlarına səbəb olduğunu göstərir.
ABŞ səhiyyə və insan xidmətləri departamentinə görə, inkişaf etmiş xroniki böyrək xəstəliyi olan insanlar kalium qəbulunu məhdudlaşdırmalıdır, çünki pomidor kaliumla zəngindir.
Likopenlə zəngin pomidorların həddindən artıq istifadəsi likopenoderma adlanan dəri problemi ilə nəticələnir. Bu ləkənin, xüsusilə, üzdə yaranması yayğındır.
Əsəbi bağırsaq sindromundan əziyyət çəkənlər çox pomidor yeyəndə yanma və şişlik hiss edirlər.
Manipal Universitetindən diyetoloq Aditi Shenai, pomidorun həddindən artıq istifadəsi səbəbindən likopenin həddindən artıq yüklənməsinin ishal, ürək bulanması, mədə krampları, qaz və hətta qusmaya səbəb ola biləcəyini söyləyib.
Pomidorların turş təbiəti sidik kisəsini qıcıqlandırır. Çiy istifadə edilən pomidor sidik ifrazının artmasına səbəb olur.

Əlavə qidalanma prosesində olan uşaqlara pomidorları qəti şəkildə verilməməlidir.
Allergiyaya səbəb olan qida, pomidor histamin adlı bir maddə ehtiva edir. Bu maddə dərinin qıcıqlanmasına və qızarmasına səbəb ola bilər.
Pomidor toxumlarında olan likopenlər kişilərin reproduktiv sağlamlığı üçün xüsusilə, təhlükəlidir.
Mənbə: Cnntürk
Tərcümə etdi: Aysu Əsədova
