İmperatorluğun qurucusu Çingiz xanın əsl adı Temuçindir. 1155-ci ildə doğulan Temuçin atası Yesüqey Bahadırı gənc yaşlarında itirdi. Yavaş-yavaş tayfasını başına toplayan Temuçin, Kirayit hökmdarı Tuğrul xanın xidmətinə girərək rəqibi Camokanı məğlub etdi (1201). Lakin Tuğrul xana sığınan Camoka Tuğrul xanla Temuçin arasında nifaq saldı. Bunun nəticəsində başlayan müharibədə Temuçin Kirayitləri məğlub edərək hökmdarı öldürdü. Daha sonra o, başqa bir monqol tayfası olan naymanların üzərinə yürüş etdi və onları öz hakimiyyəti altına aldı. Bu uğurlardan sonra 1206-cı ildə çağırılan qurultay ona Çingiz titulu verir.

Karluk və Uyğur türklərini də öz hakimiyyəti altına alan Çingiz xan Çin səfəri üçün hazırlıqlara başladı. Bu vaxt Çində Kin sülaləsi hökmran idi. Çinin vergi tələbini təhqir kimi qəbul edən Çingiz xan Böyük Çin səddini keçərək dörd qolla Çini işğal etdi. Pekini tutan monqol qoşunları Çin dənizinə qədər (1216) bütün yolu məhv etdilər. Qarakoruma dönərkən Çinin bütün sərvətlərini özü ilə aparan Çingiz xan sonralar Qarakitaylar dövlətinə son qoyur. Qərbdə Xarəzmşahların qüdrətindən qorxan Çingiz xan əvvəlcə bu dövlətlə müqavilə bağladı. Lakin xarəzmşahların uzaqgörən olmaması səbəbindən bu dostluq qısa müddətdə pozuldu. Qarakorumdan gələn zəngin bir monqol karvanı Xarəzmşahların Otrar valisi tərəfindən tutuldu və malları qəsb olundu, tacirlər isə Xarəzmşah Əlaəddinin əmri ilə öldürüldü. Monqollar buna etiraz olaraq səfirlik göndərdilər. Bu dəfə Xarəzmşah sultanı bu səfirliyin başçısını, eləcə də digər səfirlik heyətinin ağsaqqalını öldürtdürdü. Bu təhqirlər qarşısında Çingiz xan böyük qoşunla Xarəzm ölkəsinə yürüş etdi. Xarəzmşah sultanı Ələddin Məhəmməd Çingizə qarşı ağır məğlubiyyətə uğrayaraq ölkəsini itirdi. Oğlu Cəlaləddin Xarəzmşah Hind çayı yaxınlığında monqollara qarşı ordu toplamaq üçün gəldi, lakin dözə bilməyib ölkəni tərk edərək İranın içərilərinə, oradan da Şərqi Anadolu bölgəsinə gəldi. Qıpçaq çölünü və İranın böyük hissəsini fəth edən Çingiz xan 1227-ci ildə vəfat etmişdir. Çingiz xandan sonra qurultay onun vəsiyyətinə əsasən Ögedayı Çingiz İmperiyasının xanı seçdi. Ögedaydan sonra Küyük, Mengü və Xubilay xaqanlar hakimiyyətə gəldilər. Bu dövrdə Çingiz imperiyası Çin dənizindən Baltik dənizinə qədər bütün Avrasiya qitəsini zəbt etdi. Kubilay xaqan Çindəki qərargahını tərk etməyib. Xubilay xanla imperiya dörd yerə bölündü və ayrı-ayrı dövlətlər yarandı.

Çin-Monqol İmperiyası
Paytaxtı Pekin olan Xubilay xaqan tərəfindən təsis edilmişdir. Çin tarixlərində bu sülalə Yüen xətti adlanır və onlar 1369-cu ilə qədər Çində hökmranlıq etdilər.
Çağatay xanlığı
Bu dövlət əsrin əvvəllərində Çağatay nəslindən olan Duva xanlığı ilə qurulmuşdur. Teymurilər dövrünə yaxın xanların heç bir səlahiyyəti yox idi. Onlara bağlı olan əmirlər dövləti xanlar adından idarə edirdilər.
İlxani dövləti
1258-ci ildə Bağdadı ələ keçirən və Abbasi xilafətini darmadağın edən Hülegi xan Batini təriqətini də tamamilə ortadan qaldırdı. XIV əsrdə Qazan xanın dövründə İslamı qəbul edən İlxanilər əsrin ortalarına doğru zəiflədilər. İlxanilər torpaqlarında müvafiq olaraq Çobanoğulları, Cəlailər və Müzəffəroğulları kimi dövlətlər quruldu.
Qızıl Orda xanlığı
Cuçinin oğlu Batu xan (1236-1255) tərəfindən qurulan bu dövlət Bərkə xanın dövründə İslamı qəbul etmişdir. Özbək xanın dövründə (1312-1340) İslam bütün Qızıl Ordada tamamilə məskunlaşdı. Əvvəlcə, Teymurun köməyi ilə hakimiyyətə gələn Toxtamış xan (1391-1398) sonralar Teymurdan ayrıldı. Toxtamış müharibəni uduzduqdan sonra dövlət müxtəlif xanlıqlara bölündü.
Mənbə: Kultur portalı
Tərcümə etdi: Nuran Əhmədzadə
