
Yeni bir araşdırma yaşıl yarpaqlı tərəvəzlərin istifadəsinin sağlam ağciyərlərə gətirib çıxararaq astmanın qarşısını almağa kömək edəcəyini aşkar etdi.
Danimarkadakı Kopenhagen Universitetində aparılan araşdırmalar nəticəsində məlum olub ki, qanında K vitamini səviyyəsi aşağı olan insanların ağciyər funksiyası zəifdir və astma, KOAH kimi xəstəliklərdən əziyyət çəkirlər.
K vitamini ispanaq, kələm və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, bitki yağlarında və dənli taxıllarda olur. Qanın laxtalanmasında rol oynayır və bununla da bədənin yaraları sağaltmasına kömək edir, lakin tədqiqatçılar onun ağciyər sağlamlığındakı rolu haqqında çox az şey bilirlər. Tədqiqat üçün ağciyər funksiyası testindən keçən 4000 nəfər analiz edilib, qan nümunələri götürülüb, onların sağlamlıqları və həyat tərzi ilə bağlı suallar verilib.
Nəticələr göstərib ki, K vitamini göstəriciləri aşağı olan insanlar ağciyər funksiyası testlərində daha pis nəticə göstərirlər və KOAH olduqlarını söyləmə ehtimalı iki dəfə, astma xəstəsi olduqlarını söyləmə ehtimalı isə 44%-dir.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
