
Tərləmə təbii olsa da, həddindən artıq tərləmə arzuolunmaz nəticələrə səbəb ola bilər. Bunun səbəblərini öyrənmək və bu problemin həllini tapmaq üçün bəzi tövsiyələrimiz var.
Tər bədənin temperaturu tənzimləmə üsuludur. Bədənimiz istiləşdikdə tərləyirik, bu maye buxarlanır və bizi soyuyur. Tərləmə gündəlik həyatımızın normal bir hissəsidir. Lakin biz bunu söyləməyi sevmirik. Bəzi insanlar hələ də tərləmənin arzuolunmaz hala gəldiyini bildirirlər, xüsusən də sosial vəziyyətlərdə, məsələn, paltarın qoltuq altında ləkələr olduqda.
Həddindən artıq tərləmə hiperhidroz adlanır. Həddindən artıq tərləmənin iki növü var: birincili və ikincili. İkinci dərəcəli həddindən artıq tərləmə, əsas sağlamlıq problemi və ya müəyyən bir dərmanın yan təsirləri nəticəsində yaranır. Birincili həddindən artıq tərləmənin isə izah edilə bilən səbəbi yoxdur.
Tərləməni azaltmağın yolları
Tərləmə problemi olan insanlar üçün müxtəlif həll yolları mövcuddur.
Tərləməyə səbəb olan qidalardan uzaq durun
Bəzi qidalar həddindən artıq tərləməyə səbəb ola bilər. Həddindən artıq tərləməsi olan insanlar orta miqdarda kofein, isti souslar, ədviyyatlı yeməklər, xüsusilə də kari, zirə kimi ədviyyatlar və spirtdən uzaq durmalıdır.
Yatmazdan əvvəl antiperspirant istifadə edin
Antiperspirantlar tər kanallarını bağlayaraq tərin dəri səthinə çatmasının qarşısını alır. Tər hələ də tər vəziləri tərəfindən istehsal olunur, lakin səthə çıxmır. Dezodorantlar tərləməyə maneə törətmir, əksinə tərlədiyimiz zaman ortaya çıxan bakteriyaların yaratdığı qoxunu maskalayır. Bəzi antiperspirantlarda dezodorant da var.
Antiperspirantların ən yaxşı şəkildə işləməsi üçün qoltuqlarınızın təmiz və quru olduğundan əmin olun. Antiperspirantınızı yatmazdan əvvəl çəkin. Tərləmə əleyhinə vasitələr sizə dərhal istədiyiniz nəticəni verməyə bilər, lakin onlardan həftədə bir neçə gecə istifadə etmək istədiyiniz nəticəni əldə etməyə kömək edəcək.
Hava keçirən paltarlar geyinin
Tərləməni azaltmağın ən yaxşı yolu yüngül və havadar parçalar seçməkdir. Açıq rənglər də günəş işığını udmur əvəzinə əks olunmasına imkan verir. Beləliklə, açıq rənglər bədəninizi sərin tutmağa və tərləməni azaltmağa kömək edir.
Digər təkliflər;
İsti havalarda ofisdə və ya evdə işləyərkən ventilyatorun qarşısına bir qab buz qoymaq otaqdakı havanı sərinlədə və bədəninizi sərin saxlaya bilər.
Digər bir təklif isə çox isti havada içəridə olduğunuz zaman pərdələri bağlı saxlamağınız, isti havanın içəri girməməsi deməkdir. Əgər çöldəsinizsə, kölgədə qalmağa çalışmaq məntiqli olardı.
Tez-tez su içmək bədən istiliyinin aşağı düşməsinə kömək edir. İsti havalarda papaq və sandalet geyinmək tərləmənizi minimuma endirəcək.
Nə vaxt həkimə müraciət etməli?
Həddindən artıq tərləmə hiss edirsinizsə, həkiminizlə məsləhətləşməlisiniz. Həkiminiz çox güman ki, qəti diaqnoz qoymaq üçün testlər aparacaq bir dermatoloqa müraciət edəcək.
Müəyyən bir dərman istifadə edərkən həddindən artıq tərləmə müşahidə etsəniz, bu yan təsir barədə həkiminizə məlumat verə və ondan dərmanı və ya dozanı dəyişdirməsini xahiş edə bilərsiniz.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
