Bu gün:

Limonu dondurduqda nə baş verir?


Dondurulmuş limonun daha sağlam və dadlı olduğunu bilirdinizmi? Limon qabığı limon suyundan daha çox vitamin var. Limonu dondurduqda qabığını sürtgəcdən keçirib istənilən yerdə istifadə edə bilərsiniz.

Yeni bir araşdırmaya görə limon və digər sitrus meyvələrində olan təbii komponent limonoid döş xərçəngi hüceyrəsinin böyüməsinə maneə yaradır. Nəticədə sitrus meyvələrinin əhəmiyyəti artır. Bu araşdırma döş xərçəngi riskininin azaldığını göstərən keçmiş araşdırmaları dəstəkləyir.

Əksər insanlar deyirlər ki, limonu bütöv israf etmədən yemək lazımdır. Bəs necə? Limonu götürün, yuyun və dondurucuya atın. Limon dondurulduqda qabığını soymağa ehtiyac qalmadan onu istədiyiniz kimi rəndələyə və ya dilimləyə bilərsiniz.

Sonra onu salatlarınıza, dondurmalarınıza, şorbalarınıza, makaron souslarınıza və s. əlavə edin. Üzərinə nə səpsəniz, yeyəcəyiniz şey əvvəllər sınadığınız heç bir şeyə bənzəməyəcək.

Limonu niyə dondurmalısınız?

Limon qabığında limon suyundan 5-10 dəfə çox vitamin var və qabığı adətən israf edilən hissədir. Qabıq həmçinin bədəni toksinlərdən xilas etməyə kömək edir. Dondurulumuş limonu qabığla yemək daha rahatdır .

Niyə daha çox limon yeyilməlidir?

Limon xərçəng hüceyrələrini öldürməkdə kimmyaterapiyadan 10.000 dəfə daha güclüdür. Lakin bu məlumat açıqlanmır. Çünki orada böyük gəlir gətirən sintetik, zəhərli dərman versiyaları hazırlamaq istəyən insanlar var. Limonun dadı olduqca gözəldir və kimyaterapiya kimi qorxulu təsirlərə səbəb olmur. 

Limonun digər müsbət cəhəti də kista və şişlərə  təsirli olmasıdır. Bəziləri deyir ki, limon bütün xərçəng növlərinə qarşı sübut olunmuş dərmandır.

Limon bakterial infeksiyalara və göbələklərə qarşı mikrob əleyhinə təsir göstərir. Daxili parazitlərə və qurdlara qarşı təsirlidir, təzyiqi tənzimləyir, antidepressant kimi fəaliyyət göstərir, stress və sinir xəstəlikləri ilə mübarizə aparır.

Şirkətin adı göstərilməsə də, dünyanın ən böyük dərman istehsalçılarından biridir. Şirkətin açıqlamasına görə 1970-ci ildən bəri 20-yə yaxın laboratoriya araşdırması limon ekstraktının 12 xərçəngdə bədxassəli hüceyrələri məhv edib. Limon otunun xərçəng hüceyrələrinin böyüməsini yavaşlatmaq üçün istifadə edilən "Adriamycin" dərmanından 10 000 dəfə daha güclü olduğunu ortaya qoydu.

Üstəlik, limon ekstraktından hazırlanan terapiya növü yalnız bədxassəli hüceyrələri məhv edir və sağlam olanlara təsir etmir. Limonu götürün, yuyun, dondurun, sürtgəcdən keçirin və yediyiniz hər şeyə əlavə edin.

Şirkətlər bu məlumatları gizlədir və xəstəliyi müalicə etmək üçün sintetiklər yaradırlar. Sintetiklərlə mübarizə aparmaq üçün müxtəlif dərmanlar tələb edən yeni simptomlar yaranır. Biz özümüz üçün məsuliyyət götürməsək və maqnatların qazanclarına qarşı çıxmadıqca, həyatımız boyunca aldanacağıq.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş