Bu gün:

Şaftalının 10 faydası


Yay aylarının sevimli meyvələrindən biri olan şaftalı bir çox sağlamlıq problemlərinə faydalıdır. Bəs şaftalının faydaları nələrdir, nəyə faydalıdır?

Görmə qabiliyyətini qoruyur

Şaftalıların müntəzəm istifadəsi bədəninizdə qan dövranını artıraraq görmə qabiliyyətinizi yaxşılaşdıra bilər. O, həmçinin katarakta və yaşa bağlı makula degenerasiyasının qarşısını alır. Dərinin sağlamlığını dəstəkləyirŞaftalı dəri sağlamlığı üçün son dərəcə zəruri olan A və C vitaminlərinin əla mənbəyidir. Vitamin A dərini nəmlə təmin edir, bu da dərinin toxumasını yumşaq və elastik edir. Vitamin C dərini sərbəst radikalların zədələnməsindən qoruyan güclü antioksidantdır. Gündə yalnız bir böyük şaftalı dərinizi parlaq və qüsursuz saxlaya bilər. Qara dairələrdən və qırışlardan xilas olmaq üçün şaftalıları birbaşa dərinizə sürtə bilərsiniz. 

Sağlam çəki saxlamağa kömək edir

Şaftalılar yağsızdır və yalnız orta hesabla 68 kalori ehtiva edir. Şaftalıda olan yüksək miqdarda şəkər təbiidir və buna görə də sağlamlığa heç bir mənfi təsiri yoxdur. 

Xərçəngin qarşısını alır

Şaftalı xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alan antioksidanlarla zəngindir. Bədəni ağciyər, kolon və ağız xərçənginə qarşı effektiv şəkildə qoruduğu bilinir.

Xolesterolu balanslaşdırır

Müntəzəm olaraq şaftalı yemək yüksək xolesterolu balanslaşdırmağa və diabet, ürək xəstəliklərinə səbəb olan problemləri idarə etməyə kömək edə bilər. 

Həzmi yaxşılaşdırır

Şaftalı yemək yüksək lif və kalium tərkibinə görə kolon, böyrəklər, mədə və qaraciyərdən toksinləri çıxarmağa kömək edir. 

Qan təzyiqinə nəzarət edir

Bir böyük şaftalı yüksək miqdarda kalium və çox aşağı natrium ehtiva edir ki, bu da sizə sağlam qan təzyiqini saxlamağa kömək edə bilər. Kalium, bədənin su balansını tənzimləmək üçün natrium ilə işləyir və normal qan təzyiqini saxlamağa kömək edir.

Anemiyadan qoruyur

Sağlamlıq mütəxəssisləri dəmir çatışmazlığı anemiyası olanlar üçün şaftalı kimi dəmirlə zəngin qidaların qəbulunu artırmağı tövsiyə edir.

Mənbə:milliyet

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et