
Sağlam və formda qalmaq üçün gündə 10 min addım atmağın vacib olduğu uzun müddət düşünülsə də, yeni bir araşdırma təxminən 4 min addım atmağın da kifayət edə biləcəyini göstərib.
Polşadakı Lodz Tibb Universiteti və ABŞ-dakı Johns Hopkins
Universitetinin Tibb fakültəsindən olan komandalar gəzməyin faydalarının
harada yaşamasından asılı olmayaraq, bütün cinslərə və yaş qruplarına aid olduğu
qənaətinə gəliblər.

Dünyada 226 mindən çox insan üzərində aparılan bir analiz hər hansı bir səbəbdən erkən ölüm riskini azaltmağa başlamaq üçün gündəlik 4 min addımın kifayət edəcəyi qənaətinə gəlib.

Kembric Universitetinin araşdırmasına görə, gündə 11 dəqiqə sürətlə gəzmək də hər 10 erkən ölüm səbəbinin birinin qarşısını ala bilər.
Atılacaq 2300-dən çox addım ürək və qan damarlarına fayda gətirir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aysu Əsədova
