
İqlim dəyişikliyi xroniki və ciddi psixi sağlamlıq pozğunluqlarına səbəb olur. Daşqınlar və uzun sürən quraqlıqlar yüksək səviyyədə narahatlıq, depressiya və travma sonrası stress pozğunluqları ilə nəticələnir.
Travma və fəlakət nəticəsində itkilər depressiyaya və narahatlığa səbəb ola bilər, məsələn, evi və ya işi itirmək, məhəllədən və ya cəmiyyətdən qopmaq kimi. Ekstremal hava hadisələri də aqressiv davranışların və məişət zorakılığının artması ilə əlaqələndirilib. Həddindən artıq istiyə məruz qalmaq spirtdən istifadənin və intiharların artmasına səbəb ola bilər.
İqlimlə bağlı fəlakətdən sonra psixi sağlamlıq xidmətlərinə ehtiyac artır. Eyni zamanda, tez-tez xidmətlərin dayandırılması və ya xidmətlərin mövcudluğu, əlçatanlığının azalması baş verir.
İqlim dəyişikliyindən kimlər təsirlənir?
Bəzi insanlar, o cümlədən uşaqlar, qocalar, xroniki xəstələr, koqnitiv və ya hərəkət pozğunluğu olan insanlar, hamilə və doğuşdan sonrakı qadınlar və ruhi xəstəlikləri olan insanlar da daxil olmaqla iqlim dəyişikliyinə daha həssasdırlar. Aşağı sosial-iqtisadi statuslu insanlar, immiqrantlar və evsizlər də bu qrupa aid ola bilər.
Uşaqlar böyüklərə nisbətən fəlakətlərdən daha çox təsirlənir və travma ilə bağlı simptomlar fəlakətdən sonra daha çox davam edir. Rutin pozuntular, evdən çıxarılma və ya yerdəyişmə nəticəsində ayrılıq, fəlakətdən sonra valideyn stresi uşaqların sıxıntısına səbəb olur. Uşaqlar stressə davamlıdırlar və onların fəlakətlərə reaksiyaları zamanla həll oluna bilər, lakin ekstremal hava hadisələri xroniki stress yarada bilər. Xroniki stress daim nəzarətdə saxlanılmalıdır.
İlk müdaxilə edənlər, fövqəladə hal işçiləri və ekstremal hava fəlakətlərinə cavab verən digər şəxslər də yüksək risk altındadırlar. Bu şəxslər fəlakətin mənfi təsirlərini idarə edən, cavab verən, həm də qurban ola bilərlər. Onlar itimaiyyətə qayğı göstərmək üçün məsuliyyət daşıyırlar.
Daha uzunmüddətli və bir-biri ilə əlaqəli təsirlər
İqlim dəyişikliyinin uzunmüddətli təsirləri əhalinin miqrasiyası, ərzaq qıtlığı, iş yerlərinin itirilməsi və sosial dəstəyin itirilməsi də daxil olmaqla psixi sağlamlığa təsir göstərir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, iqlim dəyişikliyi səbəbindən əhalinin miqrasiyası hər il baş verir. 2008-ci ildən bəri hər il orta hesabla 20 milyondan çox insan daşqınlar, fırtınalar, meşə yanğınları və ya həddindən artıq istilər kimi hava ilə bağlı hadisələr səbəbindən öz evlərini tərk edir. Çoxları quraqlıq və ya sahil eroziyası kimi daha yavaş hərəkət edən hadisələrə görə evlərini tərk edir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
