Bu gün:

Dişlərə doğru qulluq necə olmalıdır?


Stomatoloqlar ağız və diş sağlamlığınızı qorumaq üçün tez-tez edilən səhvləri izah etdi. Diş həkimi Pertev Kökdemir deyir ki, müntəzəm olaraq diş həkiminə baş çəkmək və fırçalama səhvlərindən qaçınmaq diş ətlərini qoruyur. Stomatoloq Pertev Kökdemir diş baxımı zamanı edilən sadə, lakin əslində, tez-tez edilən səhvlərdən danışıb.

Diş fırçasından çox uzun müddət istifadə etmək

Davamlı istifadə ilə (həftədə yeddi gün gündə iki dəfə) bir diş fırçasının orta ömrü üç aydır. Fırçanızı təxminən 200 istifadədən sonra dəyişdirməlisiniz. Çünki diş fırçasının tükləri köhnəlir. Qıvrılmış və ya qırıq tüklər dişlərinizi düzgün təmizləyə bilməz. Bir neçə aydan sonra diş fırçasının üzərində bakteriya və qida hissəcikləri yığılmağa başlayır. Diş fırçanızı hər üç aydan bir dəyişdirdiyinizdən əmin olun.

Dişləri fırçalamaq üçün kifayət qədər vaxt sərf etməmək

Fırçalama üçün tövsiyə olunan vaxt iki dəqiqədir. Orta hesabla bir insanın fırçalama müddəti cəmi 45 saniyədir. 2 dəqiqədən az fırçalamaq diş pastasının tərkibindəki flüorun minaya çatması üçün kifayət qədər vaxt deyil. Fırçalama müddəti qısaldıqca ağız gigiyenası tamamlanmır. Tez-tez dişlərin kənarları və ya ağızın arxası yaxşı fırçalanmır. Bunun üçün taymerləri olan elektron diş fırçalarını tövsiyə edirəm. Taymeriniz yoxdursa, saniyəölçəndən,i ki dəqiqəlik mahnının melodiyasından və ya telefonunuzdan istifadə edin. Dişlərinizi iki dəqiqədən az fırçalamamaq üçün əlinizdən gələni edin.

Dişləri fırçaladıqdan sonra ağzı su ilə yaxalamaq

Dişlərinizi fırçaladıqdan sonra ağzınızı su ilə yaxalamayın. Çünki diş məcunu tüpürə bilərsiniz. Su ağzınıza daxil olduqda diş pastanızdakı flüorun effektivliyini azaldır. Bəziləriniz ağzınızı təmizləmək istəyəcək bu zaman su əvəzinə flüoridli ağız qarqarası istifadə edin. Su içmək və ya içki qəbul etmək üçün dişlərinizi fırçaladıqdan sonra ən azı yarım saat gözləyin.

Diş ipindən istifadə etməmək

Əgər hələ də gündəlik diş ipindən istifadə etmirsinizsə, dərhal başlamalısınız. Fırçanızın çata bilmədiyi dişlər arasındakı qalıqları təmizləmək üçün gündə ən azı bir dəfə diş ipi istifadə etmək lazımdır. Fırçalama və diş ipi ilə çıxarılmayan qalıqlar dişlərinizdə bakteriya cənnəti yaradır. Günün sonunda həmişə diş ipi istifadə edin.

Dilinizi təmizləməmək

Ağız qoxusunun qarşısını almaq üçün dişləri fırçaladıqdan sonra dilinizi təmizləyin. Dili təmizləmək üçün də fırçanızın tüklərindən istifadə edə bilərsiniz. Dili təmizləmək vacibdir.

Sərt diş fırçası istifadə etmək

Ən böyük səhvlərdən biri daha yaxşı təmizlədiyinə inanıldığı üçün sərt diş fırçası seçməkdir. Tüklər çox sərt olarsa, diş ətinə zərər verə bilər. Sizə lazım olan tək şey dişlər arasında qalan qida hissəciklərini təmizləmək üçün bir fırçadır. Buna görə də yumşaq tüklü fırça idealdır.

Yanlış texnika ilə fırçalama

Dairəvi hərəkətlər dişlər arasındakı boşluqların təmizlənməsində daha yumşaq və təsirli olur. Diş fırçası həm dişlər, həm də diş ətləri ilə təmasda olmalıdır. Geniş yan-yana hərəkətlər dişləriniz və diş ətləri arasındakı yumşaq toxuma astarını zədələyə bilər. Fırçanızı ön və aşağı dişlərin arxasına şaquli olaraq əyin və fırçanın yalnız ön yarısını istifadə edərək hamar vuruşlar edin.

Dişləri yanlış bucaq altında fırçalamaq

Fırçanızı həmişə 45 dərəcə bucaq altında tutun və qısa dairəvi hərəkətlər edin. Bu ən təsirli təmizləmə bucağıdır. Diş fırçasının bu şəkildə istifadəsi diş ətinin üstünü və altını mükəmməl təmizləyir.Diş əti xəttinin düzgün təmizlənməsi rəngin dəyişməsinin,boşluqların və diş əti xəstəliklərinin qarşısını alır.

Dişləri gündə dörd dəfə fırçalamaq

Dişlərinizi gündə iki dəfədən çox fırçalamağa ehtiyac yoxdur. Bəzi insanlar gündə üç və ya dörd dəfə (adətən, hər yeməkdən sonra) fırçalamağı daha əlverişli hesab edirlər. Gündə iki dəfədən çox fırçalamaq dişlərinizə və diş ətinizə zərər verə bilər.


Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et