Bu gün:

17 saniyə qaydası


İnsanın arzuları və istəkləri hüdudsuzdur, hər bir insan arzulaya və xəyal edə bilər. İnsan arzu və istəklərinə çatmaq üçün kifayət qədər inamı olmalıdır və qarşısındakı maneələri aşmağı bacarmalıdır.


Bir çoxumuz üçün ən önəmli problem diqqəti cəmləyə bilməməkdir. Keçmişin və gələcəyin təsirləri bizi çox düşündürür və bu günümüzü belə unuduruq. Enerjimiz düşür və yalnız problemlər bununla məhdudlaşmır. Çevrəmizdə bir çox insanın yaydığı mənfi enerji də bizə mənfi təsir göstərə bilər. Məhz burada 17 saniyə qaydası  köməyimizə gəlir. 


Cazibə qanununun  tətbiqi olan 17 saniyə qaydası  cazibə qanunu ilə əlaqəlidir və əslində, fokuslanma ilə bağlı bir tətbiqdir. Bir çoxumuz bu qaydanın fərqində olmadan onu həyatımızda tətbiq edirik. İşin əsli belədir ki, həqiqətən, istədiyimiz bir şeyə 17 saniyə diqqət yetirməliyik. 


17 saniyə qaydasına görə, biz təsəvvür etdiyimiz şeyi hiss və düşüncələrimizlə hiss etməliyik. Sanki bir yuxu görürük  və o anı yaşayırıq. Təsəvvür etdiyimiz və istədiklərimizi sanki baş vermiş kimi düşündüyümüz zaman, ötürdüyümüz enerji istədiyimizin enerjisi ilə eyni tezlikdə olur və  onu özümüzə çəkirik. Yalnız xəyal etdiyimiz şeyi həqiqətən istəməliyik. Əgər bunun olub-olmaması ilə bağlı tərəddüdlərimiz olsa, təsirini görməyə bilərik. Yaxud desək ki, bilirəm ki, mənim istəyim olmayacaq, çox güman ki, bu olmayacaq. 


Əvvəlcə, əldə edilə bilən hədəflər arasından arzularınızı seçin. Məsələn, minimum əmək haqqı ilə işləyərkən holdinq açmaq və ya hələ gəlirimiz olmadığı halda villa sahibi olmaq istəyirisinizsə, bu olmaya bilər. Çünki şüuraltı bizə bunun mümkün olmaması üçün əngəllər göstərəcək. Beynimiz divarlar yaradacaq. İlk olaraq, arzularınızı o divarlardan xilas edin və  çətin məqsədlər haqqında düşünməyin. Həm də 17 saniyə qaydası və gün ərzində tez-tez gülümsəməyi unutmayın. Çünki gülümsəmək sizdə yüksək enerji yaradacaq. Bununla da kainatda gözəl enerjilərin daxilimizdə olacağını hiss edəcəyik.


Mənbə:blogspot

Tərcümə etdi:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et