
Kişilər bəzən qadınların bəyənmədiyi davranışlar edə bilirlər. Bu davranışlar qadınların onlara qarşı münasibətlərinə təsir edir
1.Qeybəti sevən

Qadınlar qeybəti daha çox etdiyi üçün bu cür hərəkət edən və davranan kişiləri sevmirlər. Demək olar ki, hər kəs haqqında sirr saxlayan, dedi-qodu edən belə kişi təəssüf ki, qadının ürəyinə yol tapa bilmir.
2.Xəsis
Kiçik məsələləri böyüdən və tez-tez pulun qurtarmağından deyinən kişilər qadınların gözündə aşağı səviyyədədirlər.
3. Özünü tərifləmək

Görüşə çıxarkən kişi özünü tərifləməyə başlayanda qadınlar tez-tez inciyirlər. Xüsusilə, ilk görüşdə özünü tərifləmək qadınları narahat edə bilər. Bu, kişilərin özündənrazı və ya təkəbbürlü kimi qəbul edilməsinə səbəb olur.
4. Daim mesaj göndərmək
Daimi mesajlaşma qadının ona olan marağını azalda bilər. Bir kişi qadınla gündəlik mesajlaşa bilər, lakin daimi mesajlaşma qadınların sizin haqqınızdakı düşüncəsini alt-üst edə bilər. Qadınlar sizə yazarkən anında cavab verməyin, bir az gözləyin, hər zaman sirli olun. Qadın sizi araşdırmağa çalışsın. Ona soyuq davrandıqca özü sizə bağlanacaq.
5. Başqa qadınları tərifləmək
Kişi bir qadınla olanda başqa qadınları tərifləməyə başlayırsa, onlar bunu təhqiredici hesab edirlər. Bu, qadınların sizin haqqınızda vəfasız olaraq düşünməsinə səbəb olur. Kişinin qadınla birlikdə olduğu zaman ona diqqət yetirməsi və ona əhəmiyyət verməsi vacibdir.
Mənbə:neoldu.com
Tərcümə etdi:Tərlanə Abdullayeva
