Bu gün:

“Hər hormonal preparat kökəlmə yaratmır”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı endokrinoloq Fərhad Burzudur. O, kökəlməyə səbəb olan dərmanlar və onlardan xilas olma yollarından danışıb


-Bəzən sağlam qidalanan insanlarda kökəlmə olur. Onlar bunu bəzən qəbul etdikləri dərmanlar ilə əlaqələndirir. Ümumiyyətlə, hansı dərmanlar kökəlməyə səbəb ola bilər və bu kökəlmədən necə xilas olmaq mümkündür?


Kökəlmə müasir dövrün ən vacib və bir çox əlavə xəstəliklər törətmə qabiliyyətinə görə xüsusilə, seçilən bir xəstəliyidir. Son illərdə cəmiyyətin fast food, eyni zamanda, qeyri-orqanik qidalar istifadə etməsi insanların çəkisinin artmasına səbəb olur. Bundan əlavə, biz həkimlərin məcbur qalıb verdiyimiz bir çox preparatlar da kökəlməyə səbəb ola bilər. Birinci yerdə steroid preaparatlardır ki, insanlar onları “qarmanalni” olaraq adlandırırlar. Unutmamaq lazımdır ki, bütün hormonal preparatlar kökəlmə yaratmaz. Xüsusilə, tiroid (zob) vəz xəstəliklərində istifadə olunan tiroid hormonları heç bir şəkildə kökəltmə yaratmaz. İkinci, qalxanvari vəz (zob) xəstəliklərində istifadə olunan antitiroid preparatlardır ki, bunlar hormonal vəziyyəti dəyişərək həm şişmə, həm də kökəltmə yarada bilər. Üçüncü yerdə duran preparatlar bəzi sinir sisteminə təsir edən-“nevroloji” preparatlardır ki, bəziləri kökəlmə, digərləri isə şişmə yarada bilər. Unutmamaq lazımdır ki, sinir sisteminə təsir edib iştahanı pozub arıqlama yarada biləcək “nevroloji” preparatlar da mövcuddur. Dördüncü cinsi hormonlar dayanır ki, bunlardan daha çox qadınlarda istifadə olunan qadın cinsi hormonlar kökəltmə yarada bilir. “Kişi” cinsinə aid bəzilərinin də qadın cinsi hormonunu istifadə etməsi bilavasitə kökəlmə və piylənməyə səbəb ola bilər.  
Kişi cinsi hormonlarından yalnız bəziləri şişmə və kökəlməyə səbəb ola bilər. Ümumilikdə, kişi cinsi hormonları daha çox piy toxumasının əriməsinə səbəb olur. Kontrolsuz “arıqlama iynələri”-dən istifadə edənlər onu dayandırdıqdan sonra qısa müddətli kökəlmə ilə qarşılaşırlar.

Fidan Əlizadə

Paylaş
Şərh əlavə et