Bütün yaş qruplarının dadına xitab edən şokolad hər zaman sevilən ləzzətlər arasındadır. Tropik bitki theobroma kakao ağacının toxumlarından hazırlanan şokoladın sağlamlıq üçün son dərəcə əhəmiyyətli faydaları var. Ancaq qəbul edilən zaman şokoladın miqdarı və növü ən vacib detallar arasındadır.

Şokolad sevən birisinizsə, bu ləzzətli dadın nəyə faydalı olduğunu bilməlisiniz. Şokoladın tərkibində fosfor, dəmir, sink, polifenollar və mis kimi bir çox inqrediyent var. Bununla belə, lazımi qədərindən çox qəbul etməməyə çox diqqət yetirmək lazımdır.
Şokoladın faydaları nələrdir?
Şokoladın tərkibindəki teobromin öskürək problemlərinə xeyirlidir.
Kakao çox faydalı antioksidant mənbəyidir.
Stress altında olduğunuz zaman şokolad qəbulu dincəlməyə imkan verir.
Ürək-damar xəstəliklərinə xeyirlidir.
Xərçəng riskini azaldır.
Müntəzəm olaraq şokolad qəbulu qan təzyiqini tənzimləyir.
Tünd şokolad dərini günəş şüalarından qoruyur.
Yaşlılarda yaddaş itkisinin qarşısını alır.
Şokoladın bağırsaqlara da faydaları var. Daimi qəbuldan sonra bağırsaq sistemini tənzimləyir və daha səmərəli işləməsini təmin edir.
Şokolad nələr üçün faydalıdır?
Şokoladın tərkibindəki kalium və flavonoidlər sayəsində yüksələn qan təzyiqini azaltmağa kömək edir.
Həm də gün ərzində ehtiyac duyduğunuz enerjini təmin edir.
Xoşbəxtlik hormonunu artırır və stressi azaltmağa kömək edir.
Gün ərzində şokoladı bir çox fərqli şəkildə istifadə edə bilərsiniz.
Kofe ilə yanaşı desert və tortlarda da istifadə edə bilərsiniz.
Gündə nə qədər şokolad qəbul edilməlidir?
Şokolad yeməyi sevirsinizsə, gündəlik olaraq müəyyən miqdarı aşmamağa diqqət etməlisiniz. Gündə 100 qram şokolad qəbul etməyin heç bir zərəri yoxdur. Halbuki çoxu həm zərərlidir, həm də tez kökəlmənizə səbəb ola bilər. Eyni zamanda şokolad növləri arasında tünd şokoladı seçmək vacibdir.
Mənbə: Sabah
Tərcümə etdi: Fatimə Mustafayeva
