Tərəvəz sağlam və balanslı bir pəhriz üçün vacibdir. Amma sağlamlığınızdan və vitaminlərlə zəngin tərəvəzlərdən faydalanmaq əvəzinə zərər görmək istəmirsinizsə, bu 3 tərəvəzi heç vaxt çiy yeməyin.

Badımcan
Tərəvəzlər vitamin və lif anbarıdır, sağlam və balanslı qidalanmanın tacıdır. Lakin onların çiy və ya bişməmiş şəkildə qəbulu dad və sağlamlıq baxımından növünə görə dəyişir. Xüsusilə, aşağıdakı 3 tərəvəz çiy halda təhlükəli toksinlər ehtiva etdiyi üçün həmişə bişirilərək qəbul edilməlidir. Badımcan yalnız bişdikdən sonra yeyilə bilən bir tərəvəzdir. Badımcan hələ yetişməmiş və ya yaşıldırsa, onun tərkibində acı maddə olan solanin var. Hətta az miqdarda solanin mədə-bağırsaq problemlərinə səbəb olmaq üçün kifayətdir. Badımcanları hazırlayarkən acı maddələrin itməsi üçün duzlamaq lazımdır.
Kartof
Kartof kök yumruları yeyilən ot bitkisidir. Düzgün və adekvat şəkildə bişirildikdə ləzzətli olan kartof çiy halda sonalin alkaloidini ehtiva edir. Bu səbəbdən, kartofu bişirdikdən sonra həmişə bişmiş suyu atmalı və heç vaxt təkrar istifadə etməməlisiniz. Çiy qəbul edildikdə bu maddə birbaşa orqanizmə daxil olur və kifayət qədər zərərli olur.
Lobya
Bişməmiş lobya yalnız bişirildikdə zərərsizləşdirilə bilən zəhərli bir protein birləşməsi olan fazin ehtiva edir. Lobyanın xam qəbulu baş ağrısı, ishal, ürəkbulanma və qusma kimi yan təsirlərə səbəb ola bilər. Xüsusilə, yüksək dozalarda fazin hətta ölümcül ola bilər.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
