Bu gün:

İsti havalar zamanı nələrə diqqət etməliyik?


Əsrin istilərini yaşadığımız bu günlər 7-dən 77-yə kimi bütün yaş qruplarına ciddi şəkildə təsir edir. Bu təsiri azaltmaq üçün mühitləri həddindən artıq soyutmanın da sağlamlığa mənfi təsir etdiyinə işarə edən Sinə xəstəlikləri mütəxəssisi Dr. Seha Akduman çox isti bir mühitə girmək və ya əksinə, ani temperatur dəyişikliklərinin KOAH və astma kimi ağciyər problemi olan xəstələri daha çox təsir etdiyinə diqqət çəkdi. Bu səbəbdən ətrafın 20 dərəcədən aşağı soyudulmamasının lazım olduğunu bildirib.

İsti və rütubətli hava ümumi sağlamlığımıza mənfi təsir göstərsə də, bundan xilas olmaq üçün hazırladığımız həllərə diqqət yetirmək lazımdır. Sinə xəstəlikləri mütəxəssisi Dr. Seha Akduman bildirib ki, ani temperaturun 6 dərəcədən yuxarı dəyişməsi tənəffüs sistemini və immun sistemini sıxır.

Ani temperatur dəyişikliklərinin insan fiziologiyasına təsir etdiyini ifadə edən, xüsusilə, KOAH və astma kimi xroniki ağciyər xəstəlikləri olan insanlar bu vəziyyətdən daha çox təsirlənir. Bu ani temperatur dəyişiklikləri dərinin qurumasından əzələ ağrılarına, sinüzitdən astma tutmalarına qədər bir çox problemə səbəb olur. 

İsti havadan kondisionerli bir mühitə girərkən bədənin bu dəyişikliyə uyğunlaşmalı olduğu üçün stresə girir. Akduman,-“Bu fərqliliyə görə immun sistemimiz birbaşa təsirlənir və ani hava dəyişikliyindən sonra xəstəliklər artır. Viral infeksiyalara daha çox rast gəlinir. Sinüzit problemi olanlarda astma kəskin hücumlara səbəb olur. Eyni zamanda, nəqliyyat vasitəsində, uzun səfərlərdə diqqətli olmaq lazımdır. 16-17 dərəcə ilə səyahət edib geri qayıdanda xəstələnən hallarla qarşılaşırıq. Bu səbəblə altında yatan xroniki xəstəlikləri olan insanlar hücum və infeksiyalara qarşı çox aşağı temperaturlu mühitlərdə olmamalıdır", - deyə qeyd edib. 

Xüsusilə, astma və KOAH xəstələrində yaşana biləcək hər hücumun xəstəliyin gedişatını mənfi təsir edəcəyini vurğulayan Akduman,-“Əslində, KOAH-da hər hücum bir qədər ağciyər itkisinə və ağciyər funksiyalarının zəifləməsinə səbəb olur. Eyni zamanda, hər bir astma və ya KOAH hücumu növbəti hücumun xəbərçisidir. Ona görə də bizim üçün ən vacib məsələ hücumların tezliyini azaltmaqdır. Peyvəndlər və allergenlərdən qorunmaq kimi tədbirlərin əsas məqsədi də budur.

Yaşana biləcək bütün bu mənfiliklərə qarşı alınacaq tədbirlərlə Yeditepe Universiteti Koşuyolu Xəstəxanası ilə əlaqədar Sinə xəstəlikləri mütəxəssisi Dr. Akduman aşağıdakı təkliflərlə çıxış edib:

“İlk növbədə, həddindən artıq istidə mütləq saat 10:00-15:00 arasında bayıra çıxmamalıdırlar. Dərmanlarınızı normadan yuxarı temperaturda mütəmadi olaraq istifadə etməyə diqqət etməli, maye qəbuluna diqqət etməli, həddindən artıq soyuyan yerlərdən uzaq durmalısınız. Kondisionerli mühitdən çölə çıxmaq zərurəti yaranarsa, xarici temperatura uyğunlaşmaq üçün kondisioner əvvəlcədən söndürülməlidir. Kənardan gələndə kondisioneri dərhal işə salmaq olmaz", - deyə qeyd edib.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et