
İnsan bədəninin 70%-dən çoxu sudan ibarət olsa da, gün ərzində nizamlı olaraq su qəbul etmək böyük əhəmiyyət kəsb edir. Gündə orta hesabla 8 stəkan su içməyin, xüsusən də, dəfələrlə içməyin lazım olduğu deyilir. İlıq su qəbulunun əlavə üstünlüklərə malik olduğunu da söyləmək olar. Bəs, isti su içməyin orqanizmə nə faydası var?
Müəyyən bir temperaturda isti suyun içilməsi bir çox fərqli faydaları təmin edir. Bu gün bunu bilənlər az olduğundan son zamanlar fərqinə varanlar yavaş-yavaş dəyərləndirməyə başlayıblar.
Qaynar su içməyin orqanizmə nə kimi faydaları var?
İçməli su özlüyündə əhəmiyyətli bir qaynaq olsa da, isti halda içildikdə çox daha təsirli faydalar təqdim etdiyini söyləmək mümkündür.
- Maddələr mübadiləsinin sürətlənməsini təmin edərək əhəmiyyətli çəki itkisi yaradır.
- Burun tıxanıqlığına da yaxşı gəlir.
- Bədəndən toksinlərin çıxarılmasına kömək edir və detoks effekti yaradır.
- Erkən qocalmanın qarşısını alır və daha gənc görünüş təmin edir.
- Dərinin müxtəlif yerlərində sızanaqların aradan qaldırılmasını təmin edir.
- Daha sağlam, canlı və parlaq saçların formalaşmasına töhfə verir.
- Saç dərisinin qurumasının qarşısını alır və eyni zamanda, daha sürətli böyüməsini təmin edir.
- Qan dövranını artırmaqda çox təsirlidir.
- Sinir sistemini qoruyur və inkişafını təmin edir.
- Bağırsaq xərçəngi riskinin qarşısını alır.
- Həzm sistemini əhəmiyyətli dərəcədə gücləndirir.
İsti suyun az bilinən faydaları
İsti su içməyin, əslində, bir çox fərqli və az bilinən faydaları var. Xüsusilə, bağırsağın tənzimlənməsində təsirli olur. Beləliklə, bağırsaqların ağrısız və nizamlı işləməsini təmin edir. İmmunitet sistemini əhəmiyyətli dərəcədə gücləndirir və kömək edir. Ən çox fermentlər üzərində təsirli olur və bədəndəki qidaları parçalayır və onların müvafiq orqanlara daha təsirli şəkildə çatmasını təmin edir. Təbii ki, saç, dəri və gözlər üçün çox təsirli bir fayda təmin etdiyini söyləmək olar.
İsti suyun zərəri varmı?
Normalda ilıq su qəbul edilməli olsa da, bu suyu bir az istiləşdirmək və ya çox su qəbul etmək, hətta su olsa belə, bir qədər zərər verə bilər. Məsələn, yemək borusu ilə yanaşı həzm sisteminə gələ biləcək bəzi zədələnmələrin olduğunu söyləmək olar. Bütün daxili orqanlara mənfi təsir göstərə və müəyyən zərər verə bilər. Bütün bunların əsas səbəbi suyun temperaturunun bədənin temperaturundan yüksək olmasıdır. Ona görə də buna diqqət edərək ilıq su qəbul etmək lazımdır.
Mənbə: Milliyet
Tərcümə etdi: Lamiyə Cənnətzadə
