
Mütəxəssislərin fikrincə, effektiv danışmağın yolu yaxşı dinləmək, düzgün bədən dili, aydın səs tonu, mövzunu mənimsəmək və özünə inam kimi amillərdən keçir. Buna nail olmaq üçün məşqlər yaxşı üsuldur.
Məşq edin: Danışıq bacarıqlarını inkişaf etdirmək üçün məşqlər var. Əvvəlcə, səsinizi yazın və dinləyin ki, öz səsinizin başqaları tərəfindən necə eşidildiyini başa düşə biləsiniz. Ton və ya nitq sürəti ilə bağlı problemlər bu yolla asanlıqla aşkar edilə bilər.
Ucadan oxuyun: Şeirlərdən, hekayələrdən və ya romanlardan parçalar oxumaqla yazılı mətndəki vurğu və duyğuları səsinizə əks etdirməyə çalışın. Bu üsul həm sizin biliklərinizi, həm də səsdən istifadə təcrübənizi dəstəkləyir.
Dinlədiyiniz qədər danışın: Uzun cümlələr və mürəkkəb sözlər qarşı tərəfin sizi başa düşməsinə mane ola bilər. Buna görə də, dinləmə nə qədər çox olarsa, bir o qədər qısa və lakonik danışmaq sağlam ünsiyyətə səbəb olar.
Özünüzə güvənin: Lazımi keyfiyyətlərə sahib olan və özünü inkişaf etdirən insanlar özünə inamlı olurlar. Sosial həyatdan qopmayan, ətrafındakı insanlara qarşı həssas olan insanlar sağlam ünsiyyət qurmaqda çətinlik çəkmirlər.
Tonunuzu yaxşı tənzimləyin: Ton ətraf mühitə uyğun olmalıdır, çox sürətli və eşidilməyəcək qədər sakit olmamalıdır. Bunu aydın və başa düşülən etmək daha yaxşıdır. Tələffüz zamanı “e” və “i” kimi səslərdən çəkinmək lazımdır.
Effektiv şəkildə qulaq asın: Qarşınızdakı insana diqqətinizi verin, özünüzü onun yerinə qoyun, empatiya qurun. Unutmayın ki, düzgün başa düşmək üçün yaxşı dinləmək lazımdır.
Mövzunu mənimsəmək: Müzakirə ediləcək hadisə haqqında biliklərə malik olmaq sizə effektiv danışmağa imkan verir. Etibarlı, fasilə vermədən danışmaq sözləri düzgün ifadə etməyə kömək edir. Xüsusilə, təqdimatlarda buna diqqət yetirin.
Bədən dilini unutmayın: Şüuraltı bədən dili ilə əlaqələndirilir. Əgər danışılanlar yalan deyilsə, bədən dili də buna uyğun hərəkət edir. Təqlid və görünüşün deyilənlərlə ahəngdar olması, mübaliğədən uzaq olması çox vacibdir. Məsələn, əlləri və qolları bel səviyyəsindən yuxarı qaldırmaq, saçla oynamaq diqqəti yayındırır və qarşıdakı insanda mənfi təəssürat yaradır.
Mənbə:Hürriyet
Tərcümə etdi:Lamiyə Cənnətzadə
