Bu gün:

Quru lobyanın inanılmaz faydaları


Tərkibində yüksək miqdarda protein olan quru lobya illər əvvəl zəif qida adı ilə davamlı qəbul edilən qidalar qrupunda idi. Tərkibinə görə qırmızı ətlə müqayisədə quru lobya sağlamlığa faydalı minerallara malikdir. Müntəzəm olaraq, qəbul edildikdə, həzm sistemini gücləndirir, sümük quruluşunu yaxşılaşdırır və digər problemlərin həllinə kömək edir.

Quru lobya çox yüksək protein dəyərlərinə malikdir. Quru lobya istifadəsi ilə ət yeməkləri yerinə rahatlıqla qəbul edilə bilər. Quru lobya maddələr mübadiləsini sürətləndirən təsirə malikdir. Bu sayədə qəbizlik problemlərinin aradan qaldırılmasına kömək edir. Quru paxlanın bədən quruluşunun qorunması üçün onlarla faydası var. Bundan əlavə, kimyəvi kosmetik məhsulların dəriyə verə bilmədiyi qayğıları təmin edə bilər.

Quru paxlanın dəriyə faydalarından biri də onun yağ bezlərinə profilaktik təsir göstərməsidir. Təsirləri sayəsində sızanaqların əmələ gəlməsinin inhibitoru kimi çıxış edir. Quru lobya orqanizmi daha enerjili edir və istifadə edildikdə enerji səviyyəsini yüksəldir. Zehni yorğunluq hallarında quru lobya qəbul etmək məsləhət görülür.

Quru lobya nə üçün faydalıdır?

Quru lobya bir çox sağlamlıq problemini aradan qaldırmaqda faydalıdır. Həyati faydaları olan quru lobya çox yüksək protein səviyyəsinə malikdir. Kalorisi az olan quru lobya maddələr mübadiləsi sürətini artırır. Bəzi mütəxəssislərin fikrincə, quru lobya damar tıxanmasını aradan qaldıran xüsusiyyətlərə malik olduğundan infarkt riskinə maneə rolunu oynayır. Bəzi mütəxəssislər infarkt riskini azaltmaq üçün onu qəbul etməyi tövsiyə edirlər.

Sümük sağlamlığına faydalıdır

Sümüklər kifayət qədər protein və kalsiumla qidalanmadıqda, zamanla zəifləməyə başlayır. Quru lobya sümüklərə kalsium və protein dəstəyi verir. Bu, onların güclənməsinə kömək edir. Yaşlanma səbəbiylə osteoporoz riskini azalda bilir.

Bədən immunitetini dəstəkləyir. Quru lobya bədəndəki hüceyrələrin yenilənməsinə kömək edir. Həm bədən daxilində, həm də dəridə olan xəstə hüceyrələri bərpa etməyə kömək edir.

Quru paxlanın az bilinən faydaları

Quru lobya böyrək xəstəliklərinə qarşı təsirlidir. Orqanlar arasında böyrəyini sağlamlığını daha çox təmin edir. Revmatizm şikayətlərinə son qoymaq üçün də istifadə edilə bilər. Revmatik ağrıları minimuma endirə bilər. Quru lobya mədə sağlamlığı üçün vacib qidadır. Balanslı şəkildə qəbul edildikdə mədənin tənbəlləşməsinin qarşısını alır.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et