Gündəlik həyatımızda istifadə etdiyimiz qidalar arasında yer alan limon C vitamini anbarı olaraq orqanizmi xəstəliklərə qarşı qoruyur. Qoruyucu funksiyasının yanında dərini gözəlləşdirmə xüsusiyyəti ilə də qadınların ən çox seçdiyi məhsullar arasındadır. Limon qabığı, şirəsindən insan sağlamlığı üçün müxtəlif sahələrdə istifadə edilir. Limonun faydaları nələrdir?

Xalq arasında şirəli, cicik və zıvrak kimi də tanınan limon Şimal-Şərqi Hindistan və Cənubi Asiyaya aid çiçəkli bitki olan Rutaceae ailəsindən kiçik həmişəyaşıl ağacın meyvəsidir. Bütün dünyada məşhur olan limon evdar qadınların mətbəxində əvəzolunmaz qidalardan birinə çevrilib. Onun turş dadı salatlara, yeməklərə və desertlərə əlavə dad verir. Limonun qida növündən başqa insan sağlamlığı üçün bir çox faydaları var.
Limon Hindistan, Cənubi Amerika, Cənub-Şərqi Asiya, Kaliforniya, Egey və Aralıq dənizi kimi bölgələrdə geniş şəkildə becərilir.
Limonun faydaları nələrdir?
Limonun tərkibindəki bol C vitamini sayəsində tez-tez detoks reseptlərində istifadə olunur və xəstəliklərdən də qoruma gücünə malikdir.
Böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
Limonun tərkibindəki hesperidin böyrəkləri qoruyur.
Limonun tərkibindəki Hesperidin antioksidan xüsusiyyətləri ilə sərbəst radikallarla mübarizə aparır.
Limonun müntəzəm qəbulu da oksidləşdirici stressin qarşısını alır.
Limonda olan flavonoidlər (hesperidin və d-limonen) sərbəst radikalları təmizləməyə kömək edir.
Allergik astma kimi xəstəliklərə səbəb olan iltihabın qarşısını alır.
Limonun C vitamini baxımından güclü strukturu qidadan dəmirin sorulmasını artırmağa imkan verir.
İmmunitet sistemini gücləndirir.
Təbii bir karbohidrat olaraq şəkər və nişastanın həzmini ləngidir və qan şəkərinin səviyyəsini tarazlıqda saxlayır.
Limon suyu qəbizliyin qarşısını alır.
Ürək sağlamlığı üçün yaxşıdır.
Antiviral və antibakterial xüsusiyyətlərə malik təbii antioksidantdır.
Soyuqdəymə və ya qripin qarşısını almaq üçün təsirli bir həlldir.
Bəlğəm, boğaz ağrısı və öskürəyin müalicəsində təsirlidir.
Gecələr limonlu su içməyin faydaları arasında sidiyə getmə sayını azaltmaq da var. Bu, sidik ifrazını azaltmağa kömək edir və fasiləsiz altı-səkkiz saat yatmağınıza kömək edir.
Limon qabığının faydaları nələrdir?
Qaraciyəri təmizləyir.
Orqanizmi toksinlərdən təmizləyir.
Antiseptik xüsusiyyətlərə malikdir.
Mədədəki qazları aradan qaldırır.
İnfeksiyalarla mübarizə aparır.
Tənəffüs problemlərinə yaxşı gəlir
Xroniki hemoroid əlamətlərinin qarşısını almaq üçün istifadə edilə bilər.
Dəridə və dişlərdə ləkələrin yaranmasının qarşısını ala bilər.
Yaraların sağalma prosesini sürətləndirir.
Limonun dəri üçün faydaları
Dəridəki sızanaqları qurudur.
Ləkələri və qaralmanı sağaldır.
Qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır.
Dəridəki yağ nisbətini tarazlaşdırır.
Aşındırıcı təsiri ilə ölü dərini təmizləyir.
Dərini canlandırır.
Mənbə: Sabah
Tərcümə etdi: Fatimə Mustafayeva
