Bu gün:

Niyə fərqli yaşlanırıq?



Yaşlanma təbii proses olsa da, bəziləri yaşlarından daha gənc, bəziləri isə daha yaşlı görünürlər. Prof. Dr. Uludüz bu fərqin əsas səbəblərini açıqlayıb:

Genetik

Fərdlər arasındakı genetik fərqlər onların yaşlanmasında fərqliliklərə səbəb ola bilər. Yaşlanma sürətinin və trayektoriyasının müəyyən edilməsində genetik faktorlar mühüm rol oynayır. Bəzi genlər hüceyrə təmir mexanizmlərinə, antioksidant müdafiələrə və yaşla bağlı xəstəliklərə qarşı həssaslığa müsbət təsir göstərə bilər.

Həyat tərzi:

Fərdlərin həyat tərzi onların qocalma proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Qeyri-sağlam qidalanma, hərəkətsizlik, siqaret çəkmə, spirtli içki istifadəsi və ətraf mühitin toksinlərinə məruz qalma kimi amillər hüceyrə sağlamlığına, iltihabın səviyyəsinə, ümumi oksidləşməyə mənfi təsir göstərə bilər. 2014-cü ildə Finlandiyada aparılan geniş miqyaslı araşdırmaya görə, siqaret 30 yaşlı insanların ömrünü orta hesabla 6 il. Hərəkətsizlik isə ömrün müddətini 2,5 il azaldır.

Ətraf- mühit faktorları:

Hava çirkliliyi, günəş, pestisidlər və qida əlavələri kimi toksinlərə məruz qalma qocalma prosesinə mənfi təsir göstərir.

Hormonal dəyişikliklər:

Estrogen və ya testosteron kimi cinsi hormonların azalması kimi yaşla baş verən hormonal dəyişikliklər, müxtəlif fizioloji proseslərə və qocalma prosesinə fərdlər arasında fərqli təsir göstərə bilər.

Qeyri-sağlam qidalanma:

Balanslaşdırılmış qidalanma uzun və sağlam həyatda mühüm rol oynayır. Qeyri-sağlam qidalanma xroniki xəstəlikləri və vaxtından əvvəl qocalmağa səbəb olan əsas amillərdəndir. Bol meyvə və tərəvəz istifadəsi ömrün uzanmasına səbəb ola bilər. Tərəvəz əsaslı pəhriz yaşlanma sürətini azalda bilər.

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et