Yay mövsümündə düzgün qidalanma ilə bağlı xəbərdarlıq edən dietoloq Serkan Aksoy “Aralıq dənizi pəhrizi olaraq bildiyimiz qidalanma modeli bu dövrlərdə ən ideal qidalanma modellərindən biridir. Pəhrizimizin əsas çərçivəsini omeqa-3 yağ turşuları ilə zəngin olan balıqlar, həmçinin sərt qabıqlı meyvələr kimi tanıdığımız yağlı toxumlar, zeytun yağı və tam taxıl məhsulları (qoz, fındıq, badam, yerfıstığı, anakardiya kimi) təşkil etməlidir. Bu aylarda həzm olunması çətin olan qidalardan uzaq durmaq çox vacibdir", - deyə qeyd edib.

Yay dedikdə ağıla ilk gələnin D vitaminidir. Qış mövsümündə qapalı mühitlər və günəşin bizdən gizlənməsi, bitki və heyvan mənşəli qidaları qəbul etsək də, D vitamini çatışmazlığı ilə üzləşirik. Yazın gəlişi və istilərin artması ilə günəşdən aldığımız D vitamini günəşin UVB şüalarının dəri ilə təması nəticəsində əmələ gəlir və ehtiyacımız tədricən ödənilməyə başlayır. Orqanizm üçün bir çox hormonların xəbərçisi olmaqla yanaşı, sümük, əzələ və oynaq funksiyaları, sinir sisteminin işləməsi və immunitet sisteminin möhkəmliyi üçün vacib olan kalsiumun artırılmasında vacibdir. Yağda həll olunan və orqanizmdə yığılan sterol qrupundan olan bu vitamin uşaqlıq, hamiləlik və laktasiya dövründə böyük əhəmiyyət kəsb edir.
Xüsusilə, baş nahiyəsi qorunmalı və günəşin olduğu saatlarda həkimlərin məsləhəti ilə 10-15 dəqiqəlik dəri təmasının edilməsi lazım olduğunu bildirib. Aksoy "Temperatur çox yüksək olduğu üçün bədən istiliyinin artması nəticəsində orqanizmdə elektrolit (maye) itkilərinə səbəb ola bilər. Belə olan halda, isti havalarda bu neqativlərdən qorunmaq üçün qidalanmanın əhəmiyyəti bir daha özünü büruzə verir”, - deyə bildirib.
Xüsusilə də, Aralıq dənizi pəhrizi olaraq bildiyimiz qidalanma modeli hər dövrdə olduğu kimi bu dövrlərdə də ən ideal qidalanma modellərindən biridir. Omeqa-3 yağ turşuları, yağlı toxumlar, zeytun yağı və sərt qabıqlı meyvələr kimi bildiyimiz tam taxıl məhsulları (qoz, fındıq, badam, yerfıstığı, anakardiya kimi) ilə zəngin balıqlar təzə tərəvəz və meyvələrimizin əsas pəhriz çərçivəsini təşkil etməlidir. Bu aylarda həzm olunması çətin olan qidalardan uzaq durmaq çox vacibdir. Qırmızı ət və paxlalılar kimi qidaların həzm müddəti uzun olduğu və bədən istiliyini artırdığı üçün bu qidaları tərəvəzlərlə və ya salatlarla qəbul etmək daha faydalıdır.
Yay mövsümünün meyvə və tərəvəz müxtəlifliyi baxımından çox zəngin olduğunu qeyd edən dietoloq qidaların iştah mexanizminizin azalmasının qarşısını ala biləcəyi dövr olduğunu qeyd edib. Gün ərzində itirilən maye su, ayran, soyuq şorba, meyvənin özü və su ilə hazırlanan ev şəraitində sərinləşdirici içkilər, az natriumlu mineral su kimi təbii qaynaqlardan qarşılanarkən, yemək planlaması zamanı tərəvəzlər xüsusilə buxarda bişirmə texnikası ilə və ya çiy kimi qida dəyərini itirmədən qızardılaraq qəbul edilməlidir. Xüsusilə, gigiyenik şəraitdə təmizləndikdən sonra quru meyvələr və meyvə şirələri yerinə qida dəyəri yüksək olan təzə meyvələrdən istifadə etmək tövsiyə olunur.
Xroniki xəstəlikləri olan şəxslər qida rasionunda ağır yağlı qidalardan uzaq durmalı və duzun miqdarını artırmamalıdırlar. Səhər və ya axşam yeməyindən sonra havanın soyuması ilə gündə 30 dəqiqə fiziki fəaliyyətə əhəmiyyət vermək ümumi sağlamlığımızın qorunmasında ilk sırada iştirak edir. Gün ərzində hər kiloqram suya 30 ml su qəbul etmək (60 kq x 30 = 1800 ml = 1,8 litr) hüceyrə əsasında sağlam olmaq üçün diqqət yetirilməli məsələlərdəndir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
