
Prof. Dr. Sönməz siqaret çəkənlərin siqaretdən daha zərərsiz olduğu fikri ilə başladığı elektron siqaretin düşünüldüyü qədər də zərərsiz olmadığına diqqət çəkib. Professor qeyd edib ki, yüksək miqdarda nikotinin bu cihazlara birdən qarışması ciddi ritm pozğunluğuna və ani ölümə səbəb ola bilər.
Siqaretdən uzaqlaşdırmır əksinə asılılıq yaradır
Heç bir yanma prosesi olmasa da, bu cihazlar siqaretə bənzədiyinə və oxşar istifadəsinə görə “Elektron Nikotin Dağıtım Sistemi” adlandırılmalı olduğu halda, daha cazibədar görünmək üçün “elektron siqaret” və ya “E- siqaret” adlandırılıb. 2006-cı ildən sonra ABŞ və Avropada heç bir nəzarət olmadan istifadəyə verildi. Bu gün geniş istifadə olunur. Siqaret çəkənlərə siqareti buraxmaqda elektron siqaretlərin potensial effektivliyini göstərən etibarlı tədqiqatlar yoxdur, hətta bildirilmişdir ki, siqaret çəkənlər arasında elektron siqaretdən istifadə onların buraxma şansını azaldır. Risk ikili istifadəçilər (tütün və elektron siqaretlər birlikdə) üçün daha böyükdür. Üstəlik, elektron siqaretə tamamilə aludə olanlar da az deyil. Elektron siqaret asılılığı gələcəkdə mühüm sağlamlıq probleminə çevriləcək. Bu səbəbdən illər keçdikcə çox ciddi zərərli təsirlərin olacağı proqnozu yanlış deyil.
Aromalardakı təhlükə
Elektron siqaretdən istifadə ilə bağlı potensial riskin qiymətləndirilməsində başqa bir təhlükə elektron mayelərdə olan müxtəlif ətirli maddələrdir. Xüsusilə, gənclər arasında cazibədarlığını artırmaq üçün müxtəlif modellərə rəng, dad və aroma variantlarının əlavə edilməsi elektron siqaretləri daha cəlbedici edir və fəlakətin ölçülərini artırır. Məsələn, albalı ətirli mayelərdən istehsal edilən aerozolun tərkibində tütün tüstüsündən daha çox benzaldehid olduğu aşkar edilmişdir. Benzaldehid burun və boğazda yanma hissi, öskürək və nəfəs darlığına səbəb olan potensial tənəffüs yollarını qıcıqlandırır. Şirin olan e-mayelərdə (məsələn, süd, aromalı şokolad ) daha çox tənəffüs toksikantları diasetil və 2.3-pentandion var. Bu birləşmələr nəfəs aldıqda ağciyərlərə ciddi ziyan vurur və bronxitin inkişafına səbəb olur. Bu, tənəffüs həcminin azalmasına səbəb olur.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
