Bu gün:

Saxta kirpiklərdən istifadə edərkən nəzərə alınmalı məsələlər


 Uzun müddətli istifadə üçün sudan uzaq durun

Təbii ki, biz çox uzun müddətdən danışmırıq. Ancaq kirpiklərinizin 24 saat ərzində gözəl görünməsini istəyirsinizsə, üzünüzə su sıçramamağa diqqət etməlisiniz. Makiyajınızı silmək lazımdırsa, makiyaj təmizləyici salfetdən istifadə edin və göz ətrafınızdan uzaq durun.

 Yağ əsaslı məhsullardan istifadə etməyin!

Bəzən makiyaj təmizləyiciləri, tuşlar və hətta maye sabunlarda müxtəlif yağlardan istifadə olunur. Bu yağlar kirpikləriniz arasındakı bağları məhv edə bilər.

 Bilirik ki, siz saxta kirpiklər taxarkən qıvrım kirpiklərə sahib olmaq istəyirsiniz, lakin bu düzgün seçim deyil. Əgər onları təsadüfən qırmaq istəmirsinizsə və daha uzun müddət istifadə etmək istəyirsinizsə, kirpik qıvrımlarını çox sərt istifadə etməyin.

İsti suya diqqət yetirin. Çox isti su dəriniz üçün yaxşı deyil. Dərinizin qurumasına səbəb ola bilər.

Tərcümə: Fidan Əlizadə


Paylaş
Şərh əlavə et