Bu gün:

Mədədə yaranan narahatlığı necə aradan qaldıraq?


Bir çoxumuz həyatımızın bir nöqtəsində mədə şikayətləri ilə qarşılaşmışıq. Xüsusilə, mədə həssaslığı olan insanlarda qaz, şişkinlik müşahidə olunur. İstifadə etdiyimiz qidalar həzm problemlərinin əsas səbəblərindən biridir. Həzmə təsir edən qidalar insandan insana fərqli olsa da, ümumiyyətlə, bəzi qidaların mədə pozğunluğuna səbəb olma nisbəti daha yüksək ola bilər.


Hansı qidaların həzm problemlərinə səbəb ola biləcəyini və mədənizi narahat edərsə nə edə biləcəyinizi bilmək sağlamlığınız üçün çox faydalı olacaq. Unutmayın ki, bu qidalardan bəziləri sizin üçün yaxşı qida maddələri təmin edir, buna görə də mədənizi pozmadığı və ya narahatlığa səbəb olmadığı müddətcə sağlam qidalanma planınızın bir hissəsi olmalıdır. 



 Qızardılmış qidalar çox yağlıdır və mədə ağrılarına və ishala səbəb ola bilər. Preventive Nutrition and Food Science tərəfindən 2021-ci ildə nəşr olunan bu araşdırmaya əlavə olaraq, qızardılmış qidalar da turşu mədə probleminin başlıca səbəblərindən biri kimi görülür. 

Bunun əvəzinə: Qarışdıraraq (az yağ istifadə edərək) və ya qovuraraq bişirmə kimi digər az yağlı bişirmə üsullarına üstünlük verin.


Nanənin bəzi insanlarda mədə yanmasına və həzmsizliyə səbəb olduğu bilinir. Nanə mədə ilə yemək borusu arasında yerləşən özofagus sfinkterini rahatlaşdıra bilər. Bu sfinkter rahatlaşdıqda, mədə turşusunun özofagusa geri qayıtmasına səbəb ola bilər ki, bu da ürək yanmasına və həzmsizliyə səbəb olur. 

Bunun əvəzinə: Əgər nanə sizi narahat edirsə, onun əvəzinə digər otlar və ya digər çay növlərini seçin.


 Xaççı tərəvəzlər kələm ailəsindən olan tərəvəzlərdir və bunlara kələm, brokoli, gülkələm və xiyar daxildir. Onların tərkibində lobya ilə eyni şəkər var ki, bu da qaz, mədə narahatlığı və şişkinliyə səbəb ola bilər. O, həmçinin liflə zəngindir, bu da bəzi insanların həzmini çətinləşdirə bilər. 

Bunun əvəzinə: Əgər bu tərəvəzlərdən narahatsınızsa, onları çiy yemək əvəzinə bişirin. Bu onları mədədə asanlaşdırmağa və mədə-bağırsaq simptomlarını minimuma endirməyə meyillidir.


Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et